Zamirə Hacıyeva 42 millyona "Gulfstream G550" təyyarə alıb
Featured

06 Yanvar 2019

Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl "Gulfstream G550" təyyarəsi də var. Azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.

Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni "Gulfstream Aerospace" korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.

Hazırda qiyməti 65 milyon dollar olan "Gulfstream G550" 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.
Virtualaz.org-ın məlumatına görə, blogerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur (şirkətin adının üstü bağlıdır). Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısındaan həbs edildikdən 5 ay sonra çıxarılıb.
Bloger Cavanşir Həsənli qeyd edir ki, hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir. Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin (keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahib olduğu ali məktəb) məzunudur, hazırda Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir. 

Top
JoomlaLock.com All4Share.net