Azər Qasımlı Qobustan həbsxanasındakı işgəncələrə etiraz edib
Featured

05 Fevral 2019

Real Partiyasının idarə heyətinin üzvü Azər Qasımlı, Qobustan həbsxanasında MBH üzvlərinə edilən işgəncələrə etiraz edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə o, bu Qobustan həbsxanasında baş verənlərin yolverilməz olduğunu bildirib: 

"İşgəncə yolverilməzdi və barbarlıqdı. İşgəncəni həyata keçirən və sifarişini verən şəxslərin 21-ci əsrdə nəinki dövlət vəzifəsi tutmağa, heç "insan" adını daşımağa haqları yoxdur.

Artıq neçənci dəfədir ki, Müsəlman Birliyi Təşkilatının həbsdə olan üzvlərinə qarşı işgəncə verildiyi barədə məlumatlar dolaşır. Bu yolverilməzdi. Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq birlik və təşkilatlar bu məsələ ilə bağlı mövqe bildirməlidirlər.

Mehman Hüseynovun məsələsində göstərdikləri həssaslığı bu məsələdə də sərgiləməlidirlər. Lakin cəmiyyətimiz də bu məsələdə həssas davranmalıdlr. Çünki məsələ həqiqətən də həssasdır. İslamçı qruplarla mübarizə apardığını və güc yolu ilə də olsa sabitliyin vacib olduğunu göstərmək istəyi hər zaman bu hakimiyyətin gizli silahı olub.

Azərbaycan cəmiyyəti də, dünyanın mütərəqqi hissəsi də bəribaşdan hakimiyyətin bu yalançı və uydurma siyasətinə etirazını bildirməlidir."

Top
JoomlaLock.com All4Share.net