İki hərbçimiz qar uçqununa düşdü, axtarışlar gedir
Featured

08 Mart 2019

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat paylaşıb. Xəbərdə deyilir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Top
JoomlaLock.com All4Share.net