Silah idxalına görə Azərbaycan dünyada 23-cüdür
Featured

11 Mart 2019

Ölkənin əsas silah təshizatçıları Rusiya, İsrail və Türkiyədir.

Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada 23-cü yeri tutub.

2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə Azərbaycanda silah idxalı 15 faiz artıb.

Məlumat Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında yer alıb (report.az).

Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları Rusiya (51%), İsrail (43%) və Türkiyədir (2,8%).

Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdə ABŞ, Rusiya, Fransa qərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.

Dünyanın ən böyük 5 silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının 75%-ni təmin edib.

Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.

Картинки по запросу şair ramaldanov

Şair Ramaldanov

Qeyd olunub ki, dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı 192% artırıb.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovniki Şair Ramaldanov Azərbaycanın silah idxalını 15 faiz artırmasını müsbət hesab edib.

O, bu barədə Meydan TV-yə deyib ki, silah idxalını artırmaq üçün ölkənin iqtisadi potensialı və imkanları yüksək olmalıdır. Onun sözlərinə görə, əgər Azərbaycan silah alışını 15 faiz artırıbsa, deməli, ölkə iqtisadiyyatı silahlı qüvvələrin yeni silahların alınmasına təminat verir:

"Digər tərəfdən Azərbaycan bu istiqamətdə addım atmağa məcburdur, çünki müharibə şəraitində olan ölkəyik və ərazilər işğal altındadır. İşğalçı dövlət sülh danışıqlarından çəkinir və Azərbaycana hərbi seçimdən başqa seçim qoymur. Ona görə hər an müharibənin başlanması ehtimalını nəzərə alsaq, bugünkü danışıqların iflic olması, qarşı tərəfin bəzən yersiz ifadələri göstərir ki, Bakı gec-tez güc variantına əl atmalı olacaq.

Bunun üçün isə yeni və müasir silahlar olmalıdır. Silahların müasirliyi işğalçıların darmadağın edib, ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Həm də müasir silahlar şəxsi heyətin itkisini minimuma endirmək üçün nəzərdə tutulub. Nə qədər ki, müasir silahlarımız olacaq, şəxsi heyətin itkiləri azalacaq, bu, aksiomadır."

Şair Ramaldanov prezident İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında da bu məsələyə toxunduğunu xatırladaraq deyib ki, Azərbaycan bu yöndə addımlarını davam etdirəcək:

"Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alıb."

Top
JoomlaLock.com All4Share.net