Siyasi məhbus Abgül Süleymanovun qaynı saxlanıldı
Featured

13 Mart 2019

Bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə vətəninə gələn tələbə Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

Qum Universitetinin Hüquq fakültəsində oxuyan ilahiyyatçı Ruhullah Novruzzadənin ölkəyə girişinə prokurorluq qadağa qoyubmuş. 

Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıdırdı.

Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.

Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.

Top
JoomlaLock.com All4Share.net