Hüquq fakültəsinin tələbəsini Azərbaycana buraxmadılar
Featured

14 Mart 2019

Xəbər verdiyimiz kimi 13 martda səhər saatlarında xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə hava limanında saxlanılmışdı. Onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilirdi.

Dünən axşam Ruhullah Novruzzadə İrana göndərilib.

Bu barədə İslamazeri.com-a Ruhullah Novruzzadə açıqlama verib.

Onun sözlərinə görə, saat 23:30-da Bakı - Tehran reysilə hərəkət edən təyyarəyə mindiriblər.

"Artıq Quma çatıram. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Məni neytralda saxladılar və deportasiya olunan xarici vətəndaşlarla bir yerdə idim. Deport olunanlar kimi məni də təyyarəyə mindirib Tehrana göndərdilər.", -deyə Ruhullah Novruzzadə bildirib.

Ruhullah Novruzzadə ətraflı açıqlama verəcəyin qeyd edib.

Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıtmışdı. O ilahiyyatçı təhsilindən əlavə, Qum Universitetinin Hüquq Fakültəsində oxuyur.

Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.

Qeyd edək ki, Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.

Top
JoomlaLock.com All4Share.net