"Urfanın hətta cinsiyyət orqanını da "toka" veriblər"-GƏNCƏ İŞİ
Featured

25 Mart 2019

2018-ci il iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin önündə baş verən olaylarla bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.

Amma 76 nəfərə yaxın şəxs məhkəmə qarşısına çıxarılıb. 76 nəfərin məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində və Sabunçu Rayon Məhkəməsində aparılır.

Sabunçu Rayon Məhkəməsində 3 qrupa hökm oxunub.

Hazırda məhkəmədə digər qrupların işinə baxılır.

Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham edilənlərdən biri də Məmmədov Urfan Şahin oğludur.

Fevralın 28-də başlayan məhkəmə iclasları hələ də davam edir. Nöbvəti proses aprelin 4-də baş tutacaq.

Urfan Məmmədov da Gəncə olayları ilə bağlı şərlənərək həbs edilən digər vətəndaşlarımız kimi ağlasığmaz işgəncələrə məruz qalıb. Bu barədə onun yaxınları vetenugrunda.az-a məlumat veriblər:

"2018-ci ilin 23 iyulunda Gəncə şəhəri Nizami küçəsində yaşayan Urfanı Gəncədəki Nizami rayon polis idarəsinə çağırıblar. Həmin gün onu polis idarəsində saxlayıblar və işgəncə veriblər. Urfanı "toka" veriblər, sonra huşunu itirənə qədər dyüblər. Bir- neçə dəfə hətta cinsiyyət orqanını da "toka" veriblər. Urfanı huşunu itirənə qədər döydükdən sonra ayılsın deyə üstünə su töküblər. Ayıldıqda sonra yenidən huşunu itirənə qədər doyüblər.

Sonra huşsuz halda olan Urfanın qollarına girən polislər onu Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovun kabinetinə gətiriblər. Ədalət Sadıqov onu nalayiq sözlərlə təhqir edib. Urfana ağır işgəncə verib, zorla istədikləri ifadəyə imza atdırıblar. Urfanı daha dəhşətli və alçaldıcı şəkildə təhqir edəcəkləri ilə hədələyiblər."

Polis rəisi Ədalət Sadıqov

Yaxınları deyir ki, Urfanın döyülməkdən belində yırtıq əmələ gəlib, baş barmaqları işləmir. Qollarında hələ də elektriklə verilən işgəncənin izləri qalıb: "Dəfələrlə adiyyatlı orqanlara müraciət etsək də, ekspertiza təşkil edə bilmədik. Məhkəmədə isə bütün vəsatətlərimiz rədd edildi.

Urfanı o qədər döyürmüşlər ki, işgəncəyə dözə bilməyib boğazından qan gələnə qədər bağırırımış.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev Urfanı ağır söyüşlərlə, nalayiq ifadələrlə təhqir edib və işgəncə verdirib."

Qeyd edək ki, Urfanı 21 maddə ilə ittiham ediblər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 (120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 120.2.3 (120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 120.2.10 (120.2.10. təkrar adam öldürmə), 120.2.11 (120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.6, 220.1, 228.3, 228.4, 277, 278.2, 279.1-1, 281.2 (Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 315.2 (315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə –üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;).

Növbəti məhkəmə prosesi aprelin 4-də Sabunçu Rayon Məhkəməsində baş tutacaq.

Top
JoomlaLock.com All4Share.net