15 saylı Cəzaçəkmə Müəssisəsində baş həkim terrorçu axtarır
Featured

04 Aprel 2019

Bu barədə vetenugrunda.az-a siyasi məhbus, Nardaran olayları ilə bağlı həbs edilən Seyfəddin Şirvanovun ailəsi məlumat verib:

"Seyfəddin iki ilə yaxındır dəhşətli baş ağrılarından əziyyət çəkir. İki ildir ancaq ağrıkəsicilərlə bu əzabdan xilas olmağa çalışsa da, axır vaxtlar başındakı şiş və ağrıların artması ona əzab verir. Bu günlərdə qardaşım saxlanıdlğı 15 saylı Cəzaçəkmə Müəssisəinin rəhbərliyinə həkim müayinəsinə düşmək üçün müraciət edib. Rəis Seyfəddinin müraciətini cavablandırıb və onu müəssisənin Elşən adlı baş həkminin yanına göndərib. Baş həkim isə Naradarn məhbusu olduğuna görə Seyfəddinə baxmaqdan imtina edib, ona "sən terrorçusan, mən sənə baxa bilmərəm" deyib.

Siyasi məhbusun ailəsi saytmız vasitsilə ictimaiyyətə və KİV-ə müraciət edərək bildirib ki, Seyfəddin Şirvanov haqqında qaldırılan ittihamların heç biri məhkəmə istintaqı zamanı sübuta yetirilməyib: "Hətta bir məhbus qatil olsa belə, həkimin ona "sən terrorçusan" deyib ittiham etməsi və müayinədən imtina etməsi qanunsuzdur.

Seyfəddin istintaq zamanı çox dəhşətli işgəncələrə məruz qaldığı üçün başı zədələnib, bütün daxili orqanları zədələnib, başında şiş əmələ gəlib və getdikcə zəifləyir. Bu qədər ağrını və problemi ancaq ağrıkəsici ilə həll etmək mümkün deyil. Biz ailə həkimimzlə məsləhətləşdik, həkim bizə dedi ki, uzun müddət qəbul edilən ağrıkəsici həblər qara ciyəri və digər orqanları sıradan çıxarır. Bu isə sabah digər problemlərə yol açacaq. Xahiş edirik media bu məsləni ictimailəşdirsin."

Qeyd edək ki, 15 saylı Cəzaçəkmə Müəssisəində 10 siyasi məhbus- Əli Şahbazov, Fərhad Muradov, Şamil Abduləliyev, Seyfəddin Şirvanov, Abbas Quliyev, Zakir Mustafayev, Ramin Seyfullayev, Ruhulla Axundov, Sahil Rzalı, Mehman Məmmədov cəza çəkirlər.

Seyfəddin Şirvanov, Fərhad Muradov, Sahil Rzalı və Şamil Abduləliyevin sağlamlığında cidi problemlər var. Şamil Abduləliyev Nardaran olayları zamanı yaralanıb. Fərhad Mirzə isə Hepatit xəstəliyindən əziyyət çəkir. 

 

YADDAŞ

2015-ci ildə Nardaran olayları zamanı həbs edilən Seyfəddin Şirvanovun işi şərti olaraq "Nardaran işi-2" adlandırılan qrupda araşdırılıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda Seyfəddin Şirvanov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyfəddin Şirvanov ona qarşı irəli sürülən ittihamları böhtan adlandırıb və qəbul etməyib.

Qeyd edək ki, Seyfəddin Şirvanov siyasi məhbus statusu daşıyır.

Top
JoomlaLock.com All4Share.net