Məbəs Günü, Kəlbəcərin işğalı və Aprel Şəhidləri yad edildi
Featured

04 Aprel 2019

Bəşəriyyətin sonuncu Peyğəmbərinin (s) Məbəs günü, Aprel Şəhidlərinin ildönümü və Kəlbəcərin işğalının 26 -cı ilini yad etmək üçün Bakıda tədbir təşkil edildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Əsgər Analarına Dəstək İctimai Birliyi, Qələmin Sədası Ədəbi Birliyi və "Fatimə" Heyətinin birlikdə təşkil etdiyi tədbirdə inanclı xanımlar, media nümayəndələri, Şəhid ailələri, ictimai fəallar iştirak edib.

Tədbir Azərbaycan himni ilə başladı və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir giriş sözü ilə açan Əsgər Anaların Dəstək İctimai Birliyinin sədri, ilahiyyatçı Növrəstə İbarhimova Kəlbəcərsizliyimizin 26 ilinin tamam olmasını və Aprel döyüşlərində Şəhid olan vətən övladlarının ildönümünü ürək ağrısı ilə qeyd etdi. O, daha sonra Məbəs Gününə toxunaraq İslamın önəmli tarixi hadisəsi haqqında məlumat verdi: "Bu il Həzrəti Fatimənin (s) movludu Xocalı soyqırımı gününə təsadüf etdi. Həzrəti Muhəmməd (s) Məbəs Günü-Peyğəmbərlik verilən günü isə Kəlbəcərin işğalı və unudulmaz Aprel döyüşlərinin ildönümü ilə günü ilə üst-üstə düşdü. 

Diqqət olunası budur ki, dünyada təsadüf deyilən heç nə yoxdur. Yəni hər şey ilahi hikmətlə idarə olunur. İki mühüm hadisənin, iki müqəddəs günlə qarşılaşması Allahın bizlərə yaxın gələcəkdə verəcəyi qələbə müjdəsinin xəbərdalığı deməkdir inşəllah!"

Daha sonra məslicdə söz qonaqlara verildi. Qonaqlar Kəlbəcər acısından, Qarabağdakı itkilərimizdən danışdı, Şəhidlərimizin əbədi dəyərindən bəhs etdilər. 

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net