Analar Baş Prokurorluğun qarşısında etiraz etdi-GƏNCƏ İŞİ
Featured

09 Aprel 2019

Bu gün Gəncə olayları ilə bağlı şərlənərək həbs edilənlərin valideyinləri Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, analar övladlarının günahsız olduğunu və şərlənərək həb edildiyini, çox ağır maddələrlə ittiham edildiyini bildirib. Anaların əsas istəyi baş prokuror Zakir Qaralovla görüşmək və şikayətlərini ona çatdırmaq olub. Lakin onların heç bir tələbi qəbul edilməyib. 

Qeyd edək ki, 2018-ci il iyulun 10-da Gəncədə baş verən aksiya ilə bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.

Amma 56 nəfərə yaxın şəxs məhkəmə qarşısına çıxarılıb. Həbs edilənlər bir-neçə qrupa ayrılıb. Qrupların bəzisinə, Gəncə Ağır Cinayətlər Məhkəməsində, bir qisminin isə Sabunçu Rayon Məhkəməsində məhkəmə prosesi keçirilir. Artıq 4 qrupa hökm oxunub. Digər qrupların məhkəmə iclasları hələ də davam edir.

Məhkəmələrdə heç bir günahı sübuta yetirilməyən gənclərə 7 ildən 10 ilə kimi həbs cəzası verilib.

Top
JoomlaLock.com All4Share.net