İt dişləyən 39 yaşlı kişi öldü
Featured

10 Aprel 2019

Göyçayda it dişləmiş 39 yaşlı Q.Quliyev dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Q.Quliyev hadisədən 40 gün keçəndən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Halbuki yaxınlarının dediyinə görə, onda quduzluğun simptomları varmış, lakin ailəsi itin quduz olduğunu bilmədiyindən vaxtında həkimə müraciət edilməyib.

Məhz vaxtında müraciət edilmədiyindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik Q.Quliyevin yaşadığı evin, onunla təmasda olanların nəzarətə götürüldüyünü bildirib: "Bölgələrdəki bütün xəstəxanalar vaksinlə təmin edilib, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət edib, peyvənd olunmaq lazımdır".(virtualaz)

Top
JoomlaLock.com All4Share.net