Zəlzələdən evini itirən ailə 2 ildir çadırda yaşayır - VİDEO
Featured

11 Aprel 2019

Zaqatala Rayonu Aşağı Tala kəndində zəlzələdən evi uçan ailə 2 ildir ki, çadırda yaşayır.

Bu barədə Qardaşov Amid Şeyix oğlu məlumat verib. O, bildirib ki, 2 ildir ailəsi ilə (özü, övladı, həyat yoldaşı və anası) zəlzələ nəticəsində evləri tam qəzalı vəziyyətə düşdüyündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qurduğu çadırda yaşayırlar.

Amid Qardaşov xatırladıb ki, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7,0 bal olmuş zəlzələ nəticəsində yaşadığı evlərində ciddi çatlar əmələ gəlib: "Evimizin bir hissəsində çatlar yarandı.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evimizə gəlib baxış keçirdilər. Hətta FHN məlumat da yaydı ki, yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə eyni zamanda bölgəyə tikinti şirkətləri cəlb edilmişdir.

Tikililərin vəziyyəti qiymətləndirildikcə yaxın 2-3 gün ərzində yeni evlərin tikintisinə və bərpa-gücləndirmə işlərinə başlanacaq. Biz bunun əksini gördük. Məcbur qalıb sözügedən evdə yaşadıq. 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnitudad zəlzələ qeydə alındı.

Nəticədə evimizin bir hissəsi uçdu. Evimiz bərpa olunana kimi, FHN bizi çadıra köçürdü. 2019-cu ilin fevral ayının 5-də Azərbaycanda zəlzələ oldu. Nəticədə evimiz tam uçdu".

Şikayətçi deyib ki, məsələdən rayon icra hakimiyəti xəbərdar olsa da heç bir tədbir görülmür: "Zaqatala rayon icra başçının birinci müavini Tofiq Əhmədov bizə heç bir köməklik göstərmir. Əksinə şikayətimizin qarşısını müxtəlif yollarla alırlar".

Amid Qardaşovun ailəsi ilə yaşadığı çadırdan və uçmuş evdən görüntüləri sizlərə təqdim edirik:

Top
JoomlaLock.com All4Share.net