Elina ilə danışan icra başçısının müavini olub?
Featured

11 Aprel 2019

162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi olayı gündəmi zəbt etməkdədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, olaya münasibət bildirən müəğnni Röya Ayxan maraqlı paylaşım edib. O, instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb və qeyd edib ki, Elina Hacıyeva ilə söhbət edən Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır:

"Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Səbail rayon icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükür olsun, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz".

Top
JoomlaLock.com All4Share.net