İcra başçısı İradə Gülməmmədova gəlinin cehizini qırdırdı-VİDEO
Featured

12 Aprel 2019

Bir-neçə gün öncə 12 ailənin evlərinin başlarına uçurulduğu görüntüləri yayılmışdı.

Saray qəsəbəsində 25 ildi sənədli evində yaşayan 12 ailə üzvü küçəyə atıldı. Abşeron rayon məhkəməsinin 2015-ci il qərarının törətdiyi fəsad 12 nəfəri soyuq fəsildə evsiz qoyub. Hazırda ailənin gedəcək yeri olmadığından küçələrdə qalıblar. Hətta bu ailələrə müvəqqəti sığınmaq üçün çadrlar da verilməyib. Ailə üzvləri arasındz əlil və şəkər diabetli xəstə ilə yanaşı, 3 azyaşlı körpədə küçədə qalıb.

Sən demə, bu ailələrdən biri aprelin 13-də oğluna toy edəcəkmiş, hətta gəlinin cehizi də evə yığılbmış.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, toy xəbərini jurnalist İlkin Pirəli facebook profilində paylaşdığı statusunda qeyd edib.   O, bidirib ki, vətəndaşın evi dağıdılan zaman gəlinin cehizləri də qırılıb: "Abşeronun icra başçısı İradə Gülməmmədova qoçuluq edir – Birbaşa prezidentin əleyhinə işləyir.

Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər.

Təsəvvür edirsiniz dəə nə deməkdir bu?

Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb.

Ailə 1999-cu ildən həmin evdə yaşayır.

Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər dəə. A kişi, ay qadın, ailə yazıqdı axı...

Ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.

Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.

Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!"

La imagen puede contener: calzado y exterior

 

La imagen puede contener: cielo y exterior

No hay descripción de la foto disponible.

La imagen puede contener: cielo, exterior y naturaleza

Top
JoomlaLock.com All4Share.net