Daha bir məktəb direktorunun "ölüm"ü gizlədilib-VİDEO
Featured

12 Aprel 2019

Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb.

Bu iddianı şagirdin valideyni Mehman Paşayev açıqlamasında bildirib.

O, iddia edib ki, XI "b" sinfinin şagirdi Lətifov İlkin Mehman oğlu məktəbdə döyülüb: "Oğlum ağır xəsarət alması ilə bağlı mənə gec məlumat verilib. 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən övladım əməliyyat olunub. Amma övladımın həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə ilə bağlı məktəbin rəhbərliyinin və həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edirəm".

Valideyn bildirib ki, məktəbdin rəhbərliyi hadisə ilə bağlı ona yalan məlumat verib: "Öncə mənə dedilər ki oğlum yıxılaraq xəsarət alıb. Amma xəstəxanadan daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat veriləndən sonra övladımın döyüldü bildirildi. Mən bu faciənin ciddi araşdırılmasının və nəzarətdə saxlanılması xahiş edirəm".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu göndərilib.(bizimyol)

Top
JoomlaLock.com All4Share.net