İlham Əliyev: "Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim"
Featured

16 Aprel 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində 850 yaşlı məşhur Paris Notr-Dam Kilsəsinin yanaraq külə çevirilməsindən kədərləndiyini bildirib. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, "Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq" yazaraq, Fransa xalqının dərdinə şərik olduğunu ifadə edib.

Top
JoomlaLock.com All4Share.net