Bir gündə 8 intihar-AZƏRBAYCANDA
Featured

16 Aprel 2019

Azərbaycanda intihar halları artıq mütəmadi xarakter almağa başlayıb. Hələlik bunun səbəbləri ilə bağlı ortaya ciddi sosial-psixoloji izahlar qoyulmayıb.

Təkcə ötən sutka – aprelin 15-i tarixində ölkədə 8 intihar? iki intihara cəhd  hadisəsi baş verib. Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub.

Bərdə: 32 yaşlı Tofiq İsgəndərov özünü həyətindəki çardaqdan asıb.

Zaqatala: 48 yaşlı Məlahət Şabanova qaz borusundan özünü asıb.

Bakı: 16 yaşlı qız Şərifzadə küçəsi 30, ünvanı 9-cu mərtəbədən özünü atıb.

Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb.

Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb.

Binə: 1999-cu il təvəllüdlü Elməddin Bəşirov evdə özünü asıb.

Bakı: K.Rəhimov küç. ev 30 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindən 25-30 yaşlarında qadın özünü atıb

Gəncə: 1952-ci ildə Kəlbəcər rayonunda anadan olan Ziyad İbrahimov evin tövləsində kəndirlə özünü asıb.

Quba: 1990-cı il təvəllüdlü E.N qolunun damarlarını kəsib. Amma onun canını xilas etmək mümkün olub.

Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü Ələkbərov Pərviz özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər.

Siyahı informasiya agentliklərində yayımlanmış xəbərlər əsasında hazırlanıb.

Top
JoomlaLock.com All4Share.net