Atası 17 yaşlı Yasinin uğurlarından danışıb
Featured

19 Aprel 2019

17 yaşlı azərbaycanlı şagird Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb. Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək. Bu barədə onun atası məlumat verib. 

ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə oğlunun 56 min dollar təqaüd alacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, deyib ki, oğlu 56 min dollar təqaüd almayacaq: "Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq. Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur. (trend)

Atası oğlunun dəvət aldığı beynəlxalq yarışda iştirak etməsi üçün Nəqliyyat Rabitə və Yüksək Texnologiyaar Naziriliynə maddi yardım ayırması üçün müraciət edib. 

Şəkildə nazirliyin ataya verdiyi cavab məktubunu görürsünüz. 

Top
JoomlaLock.com All4Share.net