O, gələcək və zülmətlə dolan dünyaya ƏDALƏT GƏTİRƏCƏK...Zindandan məktub
Featured

21 Aprel 2019

Bu gün dünyanın intizarında olduğu xilaskar, İmam Mehdinin (ə.f) mübarək mövludu günüdür. Bu münasibətlə siyasi məhbus Fərhad Muradov təbrik məktubu yazıb. Vetenugrunda.az məktubu təqdim edir:

"Bağışlayan və Mehriban Allahın adıyla

İnsanların həyat tərzi onların təfəkkürünün hansı istiqamətdə formalaşmasından aslıdır. Buna görə də dünya gücləri, xalqların beyinlərini idarə etmək, onların düşüncələrini, istədikləri istiqamətdə dəyişdirmək üçün milyardlarla vəsait xərcləyir, institutlar açır. Bununla da xalqların həyatını dəyişdirmək, özlərinə tabe etdirmək istəyirlər. Bunun qarşısını almaq üçün ən yaxşı ideoloji mübarizələrdən biri də intizar fəlsəfəsidir.

Dünyanın sonunda bir Xilaskarın gələcəyini, zülmətə dalan dünyanın ədalətlə dolduracağını demək olar ki bütün dinlər təsdiq edirlər. Amma bu xilaskarın intizarını çəkmək heç nəyə qarışmadan çəkilib bir kənarda gözləmək mənasında deyil. Əksinə, cəmiyyət həmin dövrdə öhdələrinə düşən vəzifələri yerinə yetirməkdə müxəlləfdir. Bunun üçün hər xalq, millət öz milli-məməvi irsinə sahib çıxmalı, onu yadelli hücumlardan qorumalı və gələcək nəsillərə olduğu kimi təhvil verməlidirlər.

Bu gün dünyanın Xilaskarı, məzlumun Pənahı İmam Mehdinin (ə.f) zamanıdır.

Bu mürəkkəb zamanda insanları ayıq olmağa, düşmənlərin ideoloji tələsinə düşməməyə və istiqamətdə daha fəal olmağa dəvət edirik. Sonda İmam Mehdinin (ə.f) übarək Mövludu münasibətilə bütün intizarda olanları təbrik edir, onlara sülh-əminamanlıq, hər iki dünya xoşbəxtliyi arzu edirəm.

Fərhat Mirzə (Muradov)

2019-21aprel"

YADDAŞ

2015-ci il noyabrın 26-da baş verən Nardaran olayları ilə bağlı həbs edilənlərdən biri də ilahiyyatçı Fərhad Muradov idi. 2017-ci ilin 12 dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses başa çatdı Fərhad Muradun da təmsil olunduğu "Nardaran işi-2" qrupuna hökm oxundu.

Fərhad 12 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.  

Qeyd edək ki, Fərhad Muradov Hepatit C-dən əziyyət çəkir.

Top
JoomlaLock.com All4Share.net