"Bir ölkənin hakimi xalqının dəyərlərinə hörmət etsə..." ZİNDANDAN MƏKTUB
Featured

21 Aprel 2019

Siyasi məhbus Sahil Rzalı İmam Mehdi (ə.f)-ın Mövludu münasibətiylə redaksiyamıza məktub ünvanlayıb. Vetenugrunda.az məktubu olduğu kimi təqdim edir:

"İmam Mehdi (ə.f)məzlumların HAMİSİ...

İnsanda elə xüsusiyyətlər vardır ki, çətinliklərlə üzləşdikdə o xüsusiyyətlər formalaşır. Əgər bu günün insanı ilə yüz il bundan öncəki insanı müqayisə etsək böyük fərqlilik görərik. Bu fərqlər çətinliklərin müasirləşməsi ilə əlaqəlidi. Həmçinin, yüz il bundan sonrakı insan da bu günün insanlarından fərqlənəcək. Çünki çətinliklə davada müasiləşəcək. Çətinlik deyildikdə çox şey nəzərdə tutulur. Məsələn, əgər keşmişdə insanların oxla, qılıncla öldürürdülərsə, bu gün ən müasir silahlarla öldürürlər. Həm də keçmişlə müqayisədə bu günün silahları bir zərbə ilə daha çox insan öldürür. Keçmişdə ox, qılınc zərbəsini dəf etmək üçün qalxandan istifadə edirdilər. Bu gün qalxanı əvəz edən havadan müdafiə sistemləri var. Mənim məqsədim keçmişlə bu günü müqayisə etmək deyil. Dərdimiz müasirləşən çətinliklərin insan şəxsiyyətinə, təfəkkürünə vurduğu zərbə və məzlum insanların əzilməsidir.

Bir insan olaraq məzlumların əzilməsini qəbul etmirəm və onları əzənlərə nifrət edirəm.

Qeyd etdiyim kimi dövr dəyişdikcə, çətinliklər müasirləşir. Yeni silahlar, yeni xəstəliklərin yeni ideologiyalar yaratdığını görürürk. Deyirlər, yaranmış bu yeni ideologiyalar zamananın tələblərinə uyğundu. Məsələn, Yaxın Şərqdə baş verənləri zamanla uyğunlaşdıranlar var. Əgər belə olmasaydı, minlərlə terrorçu gəlib orada döyüşməzdi. Onlar deyirlər, küfr çoxalıb cihad etmək lazımdır. Nəticəsi göz qabağındadır, günahsız insanlar öldürülür.

Ermənilərin 1990-cı ildə Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərin bu gün müasir formasını ərəb ölkələrində görürük. Dünyanın gündəmini zəbt edən Yaxın Şərqdəki insan faciəsini görən normal düşüncəli şəxs narahat olur. Biz terrorçuları və onları dəstəkləyənləri lənətləyirik.

Axı öldürülən insanların xüsusən, körpələrin nə günahı var?

İllər öncə Yaxın Şərq planı cızanlar, bu planın başqa bir hissəsini, yəni əsgəri, silahı, döyüşməyi tamamilə qadağan edəcək yeni xristian ideologiyasını işə salırlar. Əgər biz dünyanın axmaq yerinə qoyan böyük güclərin təsiri altına düşsək, elə bilərik ki müsəlmanlar terrorçu, xrstianlar isə mərhəmətlidir.

Oxucukar yəqin ki, məni düzgün başa düşərlər. Bu sözləri yazmaqla dinləri yaxşıya və pisə bölmək məqsədində deyiləm. Bu cür nifrət dolu fikirlər təbliğ etmək üçün milyardlarla dollar xərcləyən insan düşmənlərinə nəzərinizi yönəltmək istəyirəm. Mənə görə pis insanın dini, əqidəsi olmur. Çünki elə bir səmavi din yoxdur ki, insanları pisliyə, terrora çağırsın. Dinlər mərhəmətə, vəhdətə, həmrəyliyə dəvət edir. Demək istədiyim budur ki, zamanın tələbləri üçün nəzərdə tutulan saxta ideologiyalar insan həmrəylyinə qulluq etmir. Əksinə, yeni parçalanmalara səbəb olur. İnsanlar vahid ideologiyaya əsaslanaraq hadisələrə ümumi münasibət bildirməlidirlər.

Bir ölkənin hakimi öz xalqının bütün dəyərlərinə hörmət etsə və xalqının etibarını qazansa, həmin ölkədə terror anlayışı olmayacaq. Əksinə, xalq həmişə öz hakiminin yanında olacaq və xaricdən gələn bütün təhlükələrə qarşı çıxacaqdır. Eyni zamanda xalqın etibarını qazanacaq hakim heç bir xarici qüvvədən aslı olmayacaq. Hakimin müstəqilliyi xalqın əmin-amanlığı deməkdir.

İmam Mehdi (ə.f) müstəqil hakim və müstəqillik ideologiyasının simvoludur. İstənilən hakimin O, imamdan ilham alıb, müstəqil olmağa çalışmalıdır.

Bu gün İmam Mehdinin (ə.f) hər kəsin bu münasibətlə təbrik edir və O, İmamın intizarına gəlməyə dəvət edirəm!

Sahil Rzalı.

2019-21 aprel".

YADDAŞ

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, "Müsəlman Birliyi" Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Müsəlman Birliyi Hərəkatının üzvi olan Sahil Rzayev bu dindarların arasında olub.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. O, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

Top
JoomlaLock.com All4Share.net