Müsəlman Birliyi Hərəkatı: "Bu heç bir dinə aid deyil"
Featured

25 Aprel 2019

Aprelin 22-də Səudiyyə rejimi 37 günahsız insanı edam etdi. Küçənin ortasında başları ərəb qılıncı ilə vurulan insanların tək günahı etiraz aksiyasında iştirak etmələri idi. Baş verən olayı dünya çox susqun şəkildə sadəcə müşahidə etdi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Müsəlman Birliyi Hərəkatı (MBH) Səudiyyə rejiminin törətdiyi bu cinayətə etiraz edən Bəyanat verib. 

"BƏYANAT

Məlum olduğu kimi Sәudiyyә rejimi anti-insani mahiyyәtinә uyğun olaraq 2 gün öncә 37 şәxsi edam etdi. 32-i Әhli-beyt mәktәbinin ardıcılı olan bu insanların edam sәbәbi yalnız vә yalnız onların әqidәlәri, öz fikirlәrini ifadә etmәsi, rejimә zidd mövqelәridir. Bu isә istәr İslam hüququna, istәrsә dә bәşәri qanunlara ziddir vә heç cür әsaslandırıla bilmәz. Sәudiyyә hakimiyyәtinin regiondakı siyasәtini, terror qruplarına açıq dәstәyini vә ölkәdaxilindә hәyata keçirdiyi repressiyalar sübut edir ki, bu rejimin İslam dini ilә heç bir әlaqәsi yoxdur vә 250 il әvvәl olduğu kimi bu gün dә müsәlmanlara xәyanәt etmәkdәdir.

Müsәlman Birliyi Hәrәkatı olaraq bu edamları qәtiyyәtlә pislәyir, hәmin şәxslәrin ailәlәrinin kәdәrini bölüşür vә dünya birliyindәn sәssiz qalmamağı tәlәb edirik. BMT vә digәr beynәlxalq tәşkilatlar, hüquq müdafiә institutları, demokratik dövlәtlәr vә vicdanlı insanlar bu cinayәtә laqeyd qalmamalı, kampaniyalar başlatmalı, Sәudiyyә hakimiyyәtindәn dәrhal repressiyaları dayandırmasını tәlәb etmәlidir. Eyni zamanda bildiririk ki, istәr Yeni Zenlandiyada müsәlmanlara, istәr Şri-Lankada xristianlara qarşı törәdilәn terror aktları, istәrsә dә Sәudiyyә Әrәbistanının hәyata keçirdiyi repressiyalar insanlıq cinayәtidir vә heç bir dinә aid edilә bilmәz.

MBH -İdarə heyəti
24. 04. 2019".

Top
JoomlaLock.com All4Share.net