Bakıda Şumaxerin oğlu qəza keçirdi-Formula 1 yarışı dayandırıldı-VİDEO
Featured

26 Aprel 2019

Bakıda keçirilən "Formula-1" yarışında bu gün baş verən qəzaların çoxluğu qonaqları və təşkilatçıları narahat edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Formula"da bolid iki nəfəri vurub.  Hadisə marşallar nasazlıq yaranan pilotu Şon Qlaelə yardım edən zaman baş verib.

Bu zaman bolid hərəkətə gəlib və iki marşalı vurub. Hadisə zamanı marşallar xəsarət almayıb.

Məşhur pilot Mixael Şumaxerin oğlu Bakıda qəza keçirib. Beləki,"Formula 1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb.

Digər bir qəzada isə pilot kanalizasiya quyusunun qapağı ilə toqquşub"Williams" komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya quyusunun yerindən çıxmış qapağı ilə toqquşub və xəsarət alıb.

Bu hadisədən sonra yarış dayandırılıb. Hazırda marşallar (xidmətçilər) kanalizasiya quyusunun qapağını yerinə elə oturtmağa çalışırlar ki, sonradan idmançılara mane olmasın.

Bu hadisədən sonra trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başlayıb və başa çatıb. Bundan sonra "Formula 2" yarışında sıralama turuna start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.

"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi aparılıb".

Top
JoomlaLock.com All4Share.net