73 yaşlı Misir Mərdanov: Əli İnsanovun 73 yaşı var, getsin nəticələri ilə məşğul olsun-VİDEO
Featured

04 May 2019

Sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov sabiq səhiyyə naziri Əli İnsanova müraciət edib. M.Mərdanov video-müraciətində onu yaramaz əməllərindən uzaq durmağa və keçmişdə təhqir etdiyi adamlara üz tutmamağa çaırıb: 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Misir Mərdanov Əli İnsanovu vaxtilə döydüyü, söydüyü, təhqir etdiyi, aşağıladığı insanlarla yığışıb, məsləhətləşib onlarla necə iş aparacağı ilə bağlı sual ünvanlayıb: "Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla yığışıb, məsləhətləşib onlarla necə iş aparacaqsan?Onda camaatın nifrətinin qarşısında dayana biləcəksən? Nə qədər gec deyil, bu yaramaz əməllərindən geri çəkilmək lazımdır.

73 yaşı olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Sən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan belə heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm.

Sən normal adam olsaydın, həbsdən cənab prezidentin humanistliyi nəticəsində çıxdıqdan sonra, vaxtilə sənə çörək vermiş, səni zirvələrə qaldırmış, nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Diz çökərdin. Deyərdin ki, bağışla məni, səhv etmişəm, üzr istəyirəm. O zaman camaat səni başa düşərdi".

Top
JoomlaLock.com All4Share.net