Gəncə məhbusları zindanda aclıq aksiyasına başladı
Featured

07 May 2019

Bu barədə vetenugrunda.az-a məhbusların yaxınları məlumat verib. Verilən məlumata görə, Gəncə olayları ilə bağlı həbs edilən Eyruz Hacıyev, Gülmirzə Nurzadə və Səbuhi Rəcəbov zindanda aclıq aksiyasına başlayıb. Məhbuslar haqsız yerə həbs olunduqlarına və onlara verilən işgəncələrə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

Qeyd edək ki, 2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclasının çıxardığı hökmə əsasən 7 nəfərlik qrupun üzvləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edildi:

Cabir Əzizov 5 il,

Səbuhi Rəcəbov 6 il,

Eyruz Hacıyev 7 il,

Gülmirzə Nuruzadə 6 il,

Riya Nurzadə 5 il,

Fikrət Mirzəliyev 6 il,

Elman Quliyev 8 il,

Sabir Əzizov 6 il müddətinə.

YADDAŞ

2018-ci il iyulun 10-da Gəncə şəhərində icra hakimiyyətinin qarşısında baş tutan aksiya ilə əlaqədar 200 nəfərə yaxın şəxs saxlanılıb. İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar. Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin bütün vəsatətlər rədd edilib. Vəkillər isə deyir ki, işlə tanış olarkən onlara olayla bağlı disklər təqdim edilib ki, bu disklərdəki videogörüntülərdə onların müdafiə etdikləri şəxslər ya yoxdur, ya da ki, kənardan görünürlər. Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da Gəncə şəhər polis idarəsində, Kəpəz rayon polis idarəsində, Yevlax rayon polis idarəsində və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə ağlasığmaz işgəncələr verilib. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər.

Bəzi saxlananlara isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verilib.

Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

Qeyd edək ki, 200 nəfər saxlansa da, onlardan bəzilərinə verilən 30-20 sutka inzibati cəzanı bitirdikdən sonra azadlığa çıxıb. Lakin 76 nəfər şəxsi məhkəməyə çıxarmağa qərar verilib və 6 qrupa ayrılıb. İki qrupun məhkəməyə çıxarılması avqusta qədər uzansa da digərlərinə Sabunçu Rayon Məhkəməsində hökm oxunub. İki qrupun məhkəməsi Sabunçu rayon məhkəməsində, 4 qrupun isə Bakı Apellyasiya məhkəməsində məhkəmə prosesi davam edir.

Onu da qeyd edək ki, 20-30 sutka inzibati cəza verilən şəxslərin yenidən həbs edilməsi Azərbaycan qanunvericiliynə ziddir. Lakin bu gün hökm oxunanların əksəriyyəti inzibati cəza alıb.

Rəcəbov Səbuhi

Gəncə məhbusu zindanda aclıq aksiyasına başladı

Eyruz Hacıyev

Gülmirzə Nuruzadə

Top
JoomlaLock.com All4Share.net