Deputat "popkorn" satan yeniyetməni qovdurdu
Featured

08 May 2019

İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyov "Azneft" meydanı ərazisində yerləşən yeraltı keçiddə "popkorn" satan yeniyetmə ilə bağlı facebook-da status yazıb və buna etiraz edib: "Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi "Azneft" meydanındakı yeraltı keçiddə popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon hakimiyyətinin onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçisinə etdiyim irada hələ heç bir reaksiya yoxdur. Bu... məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?". 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, deputatın statusu nəticə verib. O, bu barədə növbəti statusunda bildirib: "Dünən axşam "Azneft" meydanı yaxınlığında yeraltı keçid "popkorn" qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə "Facebook" statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm".

Parvin Abbasov adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net