Dəhşətli partlayışda ata -anasını itirən uşaqlar internata verildi
Featured

08 May 2019

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib. Hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişdi.

Yüngül xəsarət alan azyaşlı uşaqlar - 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov uşaq evinə verilib, 8 yaşlı bacıları İlahə Əsədovanın isə müalicəsi davam edir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yanğında hər iki valideynini itirən uşaqların fotosunu paylaşıb.

Həmin fotonu təqdim edirik:

Top
JoomlaLock.com All4Share.net