Avstriya idman tarixində ilkə imza atan azərbaycanlı: "Azərbaycan üçün yaşamalısan!"
Featured

10 May 2019

 Avstriya Respublikasında yaşayan həmyerlimiz Fərid Əzizovun qazandığı uğur hər bir azərbaycanlı kimi bizi də sevindirdi. Odur ki, Fərid bəydən müsahibə almaq və onu oxucularımıza daha yaxından tanıtmaq qərarına gəldik.

Vetenugrunda.az-ın növbəti müsahibi 5 qat dünya çempionu, Avstriya Azərbaycanlıları Diasporunun sədri Fərid Əzizovdur. O, Avstriya Respublikasının idman tarixində ilkə imza atan həmvətənimizdir. 

 

-5-ci dəfə karate üzrə dünya çempionu olduğunuzu eşitdik və çox sevindik. Zəhmət olmasa bu yarışma və qələbəniz haqqında geniş məlumat verin

-Qatıldığım yarış 2019-cu il Kempo Karate və Kabudo növləri üzrə dünya çempionatı idi, artıq bu il 5-ci dəfə idi ki, bu yarışa qatıldım. Yarışma 32 ölkə arasında keçrilirdi. 3 katiqoriyada öz gücümü sınadım və 2 qızıl, 1 bürünc medal qazandım.

İlk döyüşüm ukraynalı idmançı ilə oldu və ilk döyüşüm olduğundan bir az gərgin keçdi, sonunda Allahın izni ilə qələbə mənim oldu.

"İriqumi-Qo" yəni tam kontakt döyüşdə 6 görüşüm oldu. Ukrayna, Konqo, Macarıstan, Azərbaycan, Ermənistan və Kanadanı təmsil edən idmançılarla döyüşdüm. Final döyüşüm kanadalı idmançı ilə oldu çox güclü idmançı idi, yenədə Allahın izni ilə qələbə bizim oldu. Fəxri kürsünün ilk pilləsinə qalxdım və düşünürəm ki, bu hər bir idmançı üçün ən vacib bir məqamdır.

Bu yarışda məni dəstəkləyənlər məndən yalnız gələbə gözləyirdilər, məndə onlara həm qızıl medal, həmdə 2019-cu il Kempo Karate üzrə döyüş kəmərini aparırdım.

Durmus Aydemir adlı şəxsin şəkli.

-Siz yarışmada Azərbaycanı deyil, Avstriyanı təmsil edirdiniz. Bunun səbəbini açıqlaya bilərsinizmi?

-Neçə illərdir ki, Avstriya Respublikasında yaşayıram və işləyirəm. Avstriya mənim ikinci vətənimdir. Bir idmançı olaraq mən bu ölkənin idman şərəfini qoruyuram və Avstriya Respublikasına Kenpo Karate üzrə ilk medalı gətirən şəxs kimi bu ölkənin idman tarixinə düşməyimə çox sevinirəm. Bunun üçün illərdir mənim üzərimdə əziyyəti olan insanlara təşəkkürümü bildirirəm. Bu uğur həm mənim, həmdə məşqçilərim Tarverdi Allahverdiyevin və Pərviz Hüseynovun uğurudur.

-Nə zamansa Azərbaycana dönmək istəyirsinizmi və ya Azərbaycanı təmsil etməyi düşünürsünüzmü?

-Yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırmışam. Azərbaycan mənim üçün əvəz olunmaz bir cənnət məkandır. Mən Azərbaycanın idman şərəfini 3 dəfə dünya, 3 dəfə Avropa üzrə keçrilən beynəlxalq turnirlərdə qorumuşam və bu turnirlərdə Azərbaycanın şanlı bayrağını ilk pillədə dalğalandırmışam.

-İdmanda çox böyük uğurlara sahib olmusunuz. Siz bu qədər uğuru əldə etmək üçün hansı mərhələləri keçdiniz? Əslində sizin həyat yolunuz indi Azərbaycanda yaşayan gənclərin arzuladığı məqamdır.

-Allahıma sonsuz minnətdaram ki, bir çox idmançıya qismət olmayan uğurları mənə nəsib edib. 5 dəfə dünya, 3 dəfə Avropa, 7 dəfə Respublika çempionuyam və hər biri də qızıl medaldır, hər birində 1-ci yerin sahibiyəm.

Bu uğurlarıma görə Allahıma sonsuz minnətdaram.

Uğur qazanmağın bir yolu var mənim üçün, hər qələbəndə Allaha şükür etməli, təkəbbürdən uzaq olmalı, qalıbin yalnız Allah olduğunu bilməlisən.

Qalib olan yalnız Allahdır. Bizim isə qalibliyimiz uca Allahın bizə etdiyi sonsuz rəhimdir.

Qalib olmaq üçün vətəni milləti sevmək lazımdır yarış öncəsi sadəcə bir amal üçün məşq edirəm ki, qalib olsam Azərbaycanımın adı ucalacaq, Avstriyada Azərbaycan adı ucalacaq. Bu gün Avsriyada hər yerdə məni azərbaycanlı dünya çempionu kimi tanıyıb, belə çağırılar. Burada olan idman yarışlarına fəxri qonaq kimi dəvət alıram və getdiyim tədbirlərə Azərbaycan bayrağı ilə gedirəm, Azərbaycanımız haqqında danışıram. Mən fəxr edirəm ki, azərbaycanlıyam.

Azərbaycanlı gənclərə sonda bir məsləhətim var. Allahın onlara bəxş etdiyi nemətlərin qədrini bilsinlər, sonsuz şükür etsinlər və Azərbaycanı sevib Azərbaycanı qorusunlar.

Ferid Mesediezizli adlı şəxsin şəkli.

- Siz eyni zamanda Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədrisiniz. Diaspor işlərini necə qura bilirsiniz? Yaşadığınız Avstriyadan baxanda Azərbaycan necə görünür?

- 2018 ci ildən Avstriya Respublikasında fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri vəzifəsini icra edirəm, bizim diaspor təşkilatımızın əsas fəaliyyət sahələri Azərbaycan Respublikasını dünyada tanıtmaq, Azərbaycanın ən başlıca problemi olan Qarabağ problemini dünya ictimayətinə çatdırmaqdır.

İdmanda əldə etdiyim uğurlar həm mənim qələbəmdir, həm də bizim diasporumuzun inkişafına, ictimayət arasında tanınmasına böyük dəstək verir.

Siyasətçi olmadığımdan siyasətdən danışmaq mənim işim deyil, mən idmançı və diaspor sədriyəm. Diaspor sədri olaraq biz mədəniyyətin inkişafından danışa bilərik. Azərbaycan və Avstriya Respublikası arasında çox böyük bir oxşarlıq var, bu oxşarlıq hər iki ölkədə olan insanların istiqanlı qonaqsevər olmalarıdır.

-İşğal altında olan torpaqlarımızın harayını dünyaya çatdırırsınız. Bu fəaliyyətinizə yaşadığınız ölkədə və doğma vətənimiz Azərbaycanda necə reaksiya verilir?

-Qarabağ hər bir azərbaycanlının problemidir. Hər bir insan bu məsələyə həssas yanaşmalıdır və bu məsələni maksimum dərəcədə dünyaya duyurmalıdır.

Xocalıda yaşananlar, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətdir.

Avstriya Azərbaycan diasporu olaraq missiyamız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. 2019-cu il Avstriya Respublikasında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə 5 tədbir keçirtdik. Avstriyanın ictimai-siyasi xadimləri də bizim tədbirlərdə iştirak etdilər və bu hadisədə günahkar olan Ermənistanın o zamanki vandal rəhbərliyini pislədilər.

Ferid Mesediezizli adlı şəxsin şəkli.

-Sizin həm Qarabağ həqiqətlərini işıqlandırmağınız, həm də diaspor fəaliyyətiniz orada yaşayan erməniləri qıcıqlandırmır? Ümumiyyətlə, Avstriyada olan erməni diasporu ilə Azərbaycan diasporunu müqayisə edə bilərsinizmi?

-Bir azərbaycanlı olaraq erməniləri düşman görmək mənim borcumdur. Çünki onlar tarix boyu bizim xalqımıza qarşı bağışlanmaz günahlar ediblər. Avstriya Azərbaycanlıları diasporuna rəhbərlik etdiyim ilk gündən bu günə bir qayəm var- Azərbaycana qarşı işlənən cinayətləri Avstriya ictimayətinə və dünyaya çatdırmaq. Bunun üçün əlimdən gələni edəcəm. Diasporumuz sivil qaydada, hüquq çərçivəsində Avstriyada ermənilərin iç üzünü açıb insanlara çatdırır, Azərbaycan haqqında broşurlar, kitablar, bukletlər çap etdirib paylayırıq.

Ferid Mesediezizli adlı şəxsin şəkli.

Azərbaycan diasporu ilə erməni diasporunu müqayisə etsək, onu deyə bilərik ki, biz sadəcə həqiqətləri, tarixi faktlara söykənən kitablar çap etdirib paylaşırıq, onlar isə yalandan uydurmalar əsasında iş görürlər.

-Avstriyada digər Azərbaycan diaspor təşkilatları haqqında nə deyə bilərsiniz?

-Avstriyada Azərbaycan həqiqətlərini mədəniyyətini ictimayətə çatdıran yeganə diaspora təşkilatı Avstriya Azərbaycanlıları Cəmiyyətidir və biz bir Azərbaycanlı olaraq gördüyümüz işdən qürur duyuruq. Düşünürəm ki, hər bir azərbaycanlı hansı ölkədə yaşamasından aslı olmayaraq Azərbaycanı təbliğ etməlidir. Tez-tez işlətdiyim bir fikir var; Azərbaycandan kənarda yaşasan da Azərbaycan üçün yaşamalısan.

Top
JoomlaLock.com All4Share.net