Mübariz Qurbanlı: "Hind filmləri məhəbbət hisslərini öldürür"
Featured

15 May 2019

"Azərbaycanda televiziya ekranlarında yayımlanan hind filmləri tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Beynəlxalq Ailə günü"nə həsr edilən "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, hind filmlərində təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır. O, həmçinin Azərbaycan filmlərində qaynanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib: "Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qaynana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?"

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: "Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır". (report)

Top
JoomlaLock.com All4Share.net