"Qüds İslam dünyasının şərəf məsələsidir" yazı müsabiqəsi başa çatıb
Featured

30 May 2019

Qələm Yazarlar Birliyinin təşkil etdiyi "Qüds İslam dünyasının şərəf məsələsidir" yazı müsabiqəsi başa çatıb və qaliblər mükafatlandırılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 30 mayda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, ziyalılar və din xadimləri, eləcə də ictimaiyyət və media mənsubları iştirak ediblər.

Tədbirin təşkilatçısı Qələm Yazarlar Birliyinin sədri, araşdımaçı jurnalist Qurban Cəbrayıl müsəlmanların müqəddəs şəhəri olan Qüdsün sionist İsrail rejimi tərəfindən işğala məruz qaldığını, günahsız fələstinlilər qətliam edildiyini bildirdi: Təəssüflər olsun ki, bu işə rəvac verən ABŞ və digər imperialist qüvvələr, sionist rejimin illərdir davam edən işğalına göz yumur. Qüds İslam dünyasının şərəf məsələsidir" adlı yazı müsabiqəsi məhz "Qüds Günü" nün mahiyyətini, müsəlmanların başına gətirilən zülmləri gənc nəsilə, eləcə də bütün dünyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir".

 Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim İlham Əliyev bu cür vacib və əhəmiyyətli mövzuda yazı müsabiqəsi təşkil etdiyi üçün Qələm Yazarlar Birliyinə təşəkkürünü bildirdi: "Bütün dünyanın diqqəti Qüdsə, Fələstinə yönəlib. Hamı zülmü pisləyir və zalıma öz yerinin göstərilməsini istəyir. Qərb dünyası isə İslam dininin yer üzərinə hakimlik etməsindən qorxduğu üçün, müsəlmanlara qarşı zülmə dəstək verir. Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağa edilən təcavüz, Qüdsün işğalının davamıdır. İlham Əliyev əlavə edib ki, İslam dünyası əsası İmam Xomeyni tərəfindən qoyulan "Qüds Günü"nün əsl mahiyyətini dərk edərək, düşmənlə bu istiqamətdə mübarizəsini davam etdirməlidir".

DEVAMM sədri , ilahiyyatçı filosof İlqar İbrahimoğlu, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri, Qarabağ qazisi Rövşən Əhmədli, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Mədəniyyət Mərkəzinin sədri doktor Əsgər Farsi, "Tarixi şəxsiyyətlər" jurnalının Baş redaktoru Hacı Xəlil Qarəhmədov, "Milli-mədəni dəyərlərin təbliği" İB-nın sədri Jalə Cəfərova, Əhli-beyt şairi Seyid Nurəddin Darafərin, Qarabağ qazisi, "Mixaylo" ləqəbli Rafiq Əliyev, "Moterator.az" saytının redaktoru Sultan Laçın, tədqiqatçı Seyid Musarza Heydərzadə, Qarabağ qazisi İlham Həsənli, politoloq Hacı Hacıağa Nuri və başqaları…   Azərbaycan Ziyalılar Birliyiin sədri, kinorejissor Eldəniz Quliyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digər qonaqlar "Qüds Günü"nün yaranma tarixindən, bu günün əhəmiyyətindən, sionist İsrail rejiminin və ona havadarlıq edən imperialist qüvvələrin müsəlmanların başına gətirdikləri zülmlərdən söz açdılar və Qüdsün Qarabağımızla eyni taleyi yaşadığını qeyd etdilər.

Tədbirin yekununda yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

I yerə "Qüds: ümmətin sızlayan yarası – Yaxın Şərqdə sabitliyin təminatı bu torpaqlara ədalətli sülhdən keçir" (https://avropa.info/post/317976) məqaləsinə görə Avropa.info saytının baş redaktoru Rəsul Mirhəşimli layiq görülüb.
II yerə "Etnoqlobus" Onlayn Tədqiqat Mərkəzinin rəhbəri Gülnara İnanc ("Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinsiz həll edir" təhlili) və Teleqraf.com xəbər portalının redaktoru Zahid Mirəlioğlu ("Qüds savaşı: müqəddəs əmanət təhlükədə" yazısı) tutublar.
 III yeri Xanoğlan Əhmədov (İlkxəbər.org – "Qüds – dünya müsəlmanlarının and yeri"), Vetenugrunda.az-ın əməkdaşı Arzu Abdulla "Xalqın dözümündən Allaha şikayət edən liderlərin arzusu - Qüds" (http://vetenugrunda.az/dunya/yakh-n-shaerg/item/5949-khalzh-n-doezumundaen-allaha-shikayaet-edaen-liderlaerin-arzusu-zhuds) və Tahir Abbas Millətinsəsi.info – "Qüds Günü-dünya müsəlmanları zülmə etiraz edir" bölüşüblər.
2 Həvəsləndirici mükafatlardan birini Faktxəbər-in əməkdaşı Orxan Hüseyn ("İşğal altında olan ən qədim və müqəddəs şəhər"), digərini Eastnews-un müxbiri Elçin Həsənli ("İsrailin bitməyən işğalçılıq siyasəti və yeni dövrdə Fələstin problem") alıblar.

Top
JoomlaLock.com All4Share.net