Cümhuriyyətimizin 110-ci ilinə "Rəsulzadə" gəmisi hədiyyəsi
Featured

30 May 2019

"Palmali" Şirkətlər Qrupundan verilən xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin adını daşıyan "Məmməd Əmin Rəsulzadə" gəmisi artıq sulara çıxmağa hazırdır. Bu əslində Azərbaycan Cümhuriyyətinin 110-ci ili"Palmali" Şirkətlər Qrupundan verilən böyük töhfədir.

Bu barədə xəbəri Rəsulzadənin doğum günündə şirkətin prezidenti, tanınmış xeyriyyəçi Mübariz Mənsimov paylaşıb:

"Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali"nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun".

Top
JoomlaLock.com All4Share.net