Siyasi məhbus "karsa" salındı
Featured

16 İyun 2019

İlahiyyatçı-alim Kərbəlayi Qismət İsayev 17 Saylı CÇM-də cərimə kamerasına (kars) salınıb.

Bu barədə "Xeber44"ə Q.İsayevin yaxınları məlumat verib.

Q.İsayevin cərimə kamerasına salınma səbəbi bilinmir.

Qeyd edək ki, ilahiyyatçı-alim Q.İsayev 19 aprel 2016-cı ildə hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş xüsusi əməliyyatdan sonra həbs edilib və barəsində cinayət işi açılıb. O, cinayət məcəlləsinin - 228.1-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 159.3,154, 444, 448, 452 maddələri ilə - ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net