Məmurların törəmələrinin saatının puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı"
Featured

28 İyun 2019

 İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində "Richard Mille 50-03 MCLaren F1" markalı saatının oğurlanması iki gündür medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əvvəlcə həmin gəncin Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədova məxsus olduğu deyilsə də, sonradan 1.5 milyon dollarlıq saatın Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun oğluna aid olması haqqında xəbərlər yayıldı.

Həmin zərərçəkənin F.Əhmədovun oğlu olduğu haqda məlumatların çoxsaylı KİV-lərdə və sosial şəbəkələrdə tirajlandığı üçün virtualaz.org biznesmenlə əlaqə saxlayıb. Rusiyalı milyarder oğurlanan saata görə onun və oğlunun adının hallandırılmasını "diqqəti əsl "zərərçəkəndən" yayındırmağa yönəlmiş primitiv cəhd" adlandırıb:

"Bu iddialar qaçılmaz şəkildə İbizada baş vermiş həmin kazusa yönəlmiş ictimai diqqəti yayındırmağa yönələn primitiv cəhddir, əsl "zərərçəkmişi" hədəfdən yayındırmağa hesablanmış iz azdırmadır. Şəxsən məni özümün və oğlumun adının hallandırılması məyus etmir, yeri gəlmişkən bu hallandırma özü gülməlidir.

Əsl kədərli olan milli məmur sinfinin-"xalqın nökərlərinin" korrupsiyalaşma səviyyəsidir. Hansı ki, onların törəmələrinin qollarındakı saatın puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı. Və kədərli olanı milli medianın sarı seqmentinin qeyri-peşəkarlığı və prinsipsizliyidir".

Картинки по запросу saleh məmmədovun oğlu

Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev isə KİV-lərə biznesmenin adından yazılı təkzib bəyanatı göndərib. Həmin bəyanatda saatın F.Əhmədovun oğluna məxsus olması haqda internet portallarının iddiaları təkzib edilir. Bildirilir ki, nə Fərhad Əhmədovun, nə oğlunun "Richard Mille 50-03 McLaren F1" qol saatı yoxdur. Nəticədə bu saat Əhmədovun oğlundan oğurlana bilməzdi. "Belə ki, nə mən, nə də mənim övladlarım qol saatından istifadə etmirik",-biznesmenin adından yayılan təkzibdə deyilir.

Biznesmenin qanuni nümayəndəsi onu da əlavə edib ki, F.Əhmədov leqal yollarla pul qazanan biznesmendir və məntiqlə o, qazandığı qanuni vəsaitlər hesabına hansısa lüks əşya alsa bunu gizlətməyə də ehtiyacı olmazdı.

Beləliklə, İbizada oğurlanan saatın sahibini doğrudan da korrupsioner məmurların törəmələri arasında axtarmaq lazım gəlir...

İbizada itən saat Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşada məxsus olması barədə artıq sənəd yaylıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkədəki hesabında gündəmi zəbt edən saat olayına toxunub: "Jurnalistlər dəqiqləşdirdi ki, İspaniyada oğurlanan saat SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin imiş. Həmin SOCAR-ın ki, vaxtaşırı yanacağın qiymətini qaldırıb, hamımızın cibinə girir. Həmin SOCAR-ın ki, təkcə bir şöbə müdirinin müavinin həyat yoldaşının adına Türkiyədə 15 ev var. O SOCAR-ın ki, talan edildiyinə görə 11 milyard dollar xarici borcu yaranıb, büdcəyə verdiyi vergidən daha çox büdcədən yardım alır. O SOCAR-ın ki, təkcə 2018-ci ildə dövlət büdcəsindən 1.5 milyard manat yardım alıb, şirkətin prezidenti də bəyan edib ki, "uşaq" Bakıya gələndə darıxmasın deyә futbol klubu yaradıb.

İndi bu qaydada "idarə olunan", daha doğrusu talan edilən, milli sərvətimiz olan nefti bu şəkildə tar-mar edən bir şirkət prezidentinin oğlunun 2.16 milyon manatlıq saat taxması təəccüblüdürmü?.

Ataların maraqlı bir deyimi bu arada yada düşür: Eşşəyin çulunu qızıl saplarla işləyib, üstünə brliyant-almaz düzsən də, bu bir eşşəyin mahiyyətini dəyişdirməz.

P.S

Allahın yaratdığı gözəl gözlü eşşəklər bağışlasın. Onları gözəl əxlaqı olmayanlarla müqayisə etdiyimiz üçün.

 

Top
JoomlaLock.com All4Share.net