Print this page

"Prezidentin oğlu əsgər gedir, bunların övladları isə ölkənin adını batırır"
Featured

29 İyun 2019

Mübariz Mənsimov: "Yenə bir zümrə dövlət məmuru, adını haqq etməyən biriləri iş adamlarına sataşmağa davam edir, onları dövlətlə, xalqla üz-üzə qoymağa həyasızcasına cəhdlər göstərirlər".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyədə fəaliyyət göstərən Palmali Holdinqin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov günlərdir medianın və sosial şəbəkələrin gündəmini zəbt edən "İtən saat" olayına münasibət bildirib. O, belə məmurların öz ciblərini, öz vəhşi instinktlərini xalqın, millətin, dövlətin maraqlarından üstün tutduğunu, bütöv bir cəmiyyətdə dövlətə qarşı inamsızlığın əsasını qoyduqlarını bildirib:

"Bu dəfə sıra Fərhad Əhmədova çatıb. 2-3 gündür gündəmi saat qalmaqalı zəbt edib. Hər şey açıq-aydındır. Sənəd var, sübut var. Ad var, soyad var. Bəs onda niyə məsələyə aidiyyəti olmayan adamların adı ortaya atılır?"

M. Mənsimov deyib ki, o Fərhad Əhmədovu illərdir tanıyır. Nə o özü, nə də oğlu heç vaxt milyonluq saatlar taxmayıblar: “Onlar bir dəfə də olsun görməmişlik, görgüsüzlük etməyiblər. Ümumiyyətlə, iş adamlarının övladları bu tip nanəcib, naxələf və nankor məmur övladlarından xeyli fərqlənir.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Məmur övladları hətta dövlət başçısının övladlarından da fərqlənirlər. Dövlət başcısının ailəsi, qızları xəstəxanaları, uşaq evlərini, məcburi köçküləri, müharibədə şəhid olan igid əsgərlərimizin ailələrini, əlil olmuş zabit və əsgərlərimizi ziyarət edir, onların dərdinə şərik çıxır, əllərindən gələn köməyi əsirgəmirlər.

Gözləri puldan doymayan məmurların uşaqları isə ölkə-ölkə gəzib kef axtarırlar. Prezidentin oğlu əsgər gedir, bunların övladları isə xarici ölkələrdə ölkəmizin adını batırmaqla məşğuldurlar. Nə baş verir?

Bunun ən pis, ən təhlükəli tərəfi isə odur ki, kimsə buna görə məsuliyyət daşımır. Xətaları doğru görmək lazımdır ki, yalnışları bir daha təkrar etməyəsən. Çünki, hər şeyə görə, bir gün o dünyada cavab verəcəksən.

Rəbbim "kimsən?" deyə soruşduqda unutmasınlar ki, hər kəs öz əməllərinə görə elə öz kəndirindən asılacaq. Namuslulara, öz əziyyəti ilə uğur sahibi olanlara ləkə yaxmayın. İş adamlarını qorumaq lazımdır. Onlar dövlətin qoltuğunda oturub xalqın cibinə girmirlər. Onlar xaricdə pul qazanıb, həmin pulları öz ölkəsində dövriyyə etdirirlər. Onlar oğru deyil və oğru məmurların nifrətini qazanmalarının ən böyük səbəbi də budur".

Qeyd edək ki, İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində "Richard Mille 50-03 MCLaren F1" markalı saatının oğurlanması İspaniya və İngiltərə mətbuatında geniş əks-səda doğurub. Xarici mətbuatda bu saatın Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədova məxsus olması haqqında iddialar yer alıb.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Картинки по запросу saleh məmmədovun oğlu

 Daha sonra İbizada itən saatın Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşada məxsus olması barədə sənəd yaylıb. 

Sosial şəbəkələrdə Rəşad Abdullayevin eyni saatla çəkilən şəkilləri paylaşıldı.

Məmurların törəmələrinin saatının puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı"

Yerli mətbuat isə saatın azərbaycanlı məmur balalarına məxsus olmadığını sübuta yetirmək üçün xüsusi canfəşanlıq göstərməyə başladı. 2 milyon manatlıq qol saatının əvvəlcə Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovun oğluna məxsus olduğunu iddia edənlərə milyarder sərt şəkildə cavab verdi: 

"Bu iddialar qaçılmaz şəkildə İbizada baş vermiş həmin kazusa yönəlmiş ictimai diqqəti yayındırmağa yönələn primitiv cəhddir, əsl "zərərçəkmişi" hədəfdən yayındırmağa hesablanmış iz azdırmadır. Şəxsən məni özümün və oğlumun adının hallandırılması məyus etmir, yeri gəlmişkən bu hallandırma özü gülməlidir.

Əsl kədərli olan milli məmur sinfinin-"xalqın nökərlərinin" korrupsiyalaşma səviyyəsidir. Hansı ki, onların törəmələrinin qollarındakı saatın puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı. Və kədərli olanı milli medianın sarı seqmentinin qeyri-peşəkarlığı və prinsipsizliyidir".

Daha sonra onun oğlu Timur Əhmədov saatın ona deyil, SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsus olduğunu dedi. 

Related items