Ziya Məmmədov namaza başladı
Featured

09 İyul 2019

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qaynarinfo-ya Z.Məmmədova yaxın mənbələrdən məlum olub.

Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq "nəqliyyat şefi" xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.

Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsini itirdiyinə dair iddialar dolaşır.

Top
JoomlaLock.com All4Share.net