Polis rəisinin oğlunun ölüm səbəbi açıqlandı
Featured

13 İyul 2019

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün səbəbi bəlli olub.

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

Hasan Aliyev imzalı sosial şəbəkə istifadəcisi öz facebook hesabında hadisə ilə bağlı yazı paylaşıb. Mərhumun qonşusu və yaxın dostu olduğunu bildirən H.Aliyev həkimlərin laqeydliklərindən şikayətlənib.(bakupost)

Top
JoomlaLock.com All4Share.net