Pakistan müsəlmanları Şeyx Zəkzakinin azad edilməsini istəyiblər
Featured

13 İyul 2019

Pakistan müsəlmanları Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsini vurğulayıblar.

İslamabadda keçirilən aksiyanın iştirakçıları əllərində plakatlar tutaraq, Nigeriya hökumətindən istəyiblər ki, Şeyx Zəkzakinin səhhətini yoxlayaraq, onu və həyat yoldaşını tez bir zamanda azad etsinlər.

Həmçinin bir qrup insan haqları fəalı Nigeriya İslam Hərəkatı rəhbərinin müalicəsinə imkanın yaradılması tələbi ilə Nigeriyanın Londondakı səfirliyi önündə piket keçirib.

Piket iştirakçılarından bir qrupu gecədən sübhədək Nigeriyanın Londondakı səfirliyi önündə qalıb. Onlar Şeyx İbrahim Zəkzakinin azadlığını tələb edənlər, həmçinin ədalətsevərlər və azadlıqsevərlərin Nigeriyanın hökumət qüvvələri tərəfindən yatırılmaları və şəhid edilmələrini pisləyərək, bildiriblər ki, öz piketlərini davam etdirəcəklər.

Top
JoomlaLock.com All4Share.net