Azad Həsənovun məhkəməsi təxirə salındı
Featured

15 İyul 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun məhkəməsi yenə təxirə salınıb.

İyulun 15-i 12:30-da keçirilməli olan məhkəmə 22 iyul saat 11:30 tarixinə keçirilib.
Qərar məhkəmə prosesi başladıqdan sonra heç bir səbəb göstərilmədən elan edilib.
2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib.
Gəlişinin səbəbi isə atasının ağır durumu olub.

Elə həmin gün - oktabrın 11-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.
Beynəxlaq və yerli hüquq müdafiə təşkilatları, həmçinin ölkədəki siyasi təşkilarlar Azad Həsənovu siyasi məhbus kimi tanıyıblar.
Müsavat Partiyası bəyanat yayaraq, həbsin siyasi sifariş olduğunu açıqlayıb.

Top
JoomlaLock.com All4Share.net