Gəncə məhbusu: Bizi gecə-gündüz döyürdülər, qanımız bir-birinə qarışmışdı
Featured

02 Avqust 2019

Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsində 7 nəfərlik qrupun məhkəmə prosesi keçirildi.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda prokuror Ceyhun Əliyev Gəncə hadisələrinə görə həbs olunan 7 nəfərlik qrupun üzvlərinə (Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Məmmədov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyev) verilən ittiham maddələrinə dəyişiklik edilməsini təklif verib. Prokuror məhkəmədə ittiham edilənlərin hər birinin cəza müddətinin müvafiq olaraq 2, 3, 4 il azaldılması ilə bağlı vəsatət verərək yekun çıxışını edib. Məhkəmə hökmü ilə 6 il 6 ay il cəza alan Elvin Əliyevə 1 il cəza istəyib.

Elvin Əliyev çıxışı zamanı bildirib ki, məhkəmə zamanı təyin olunan ekspertiza rəylərinin hamısı qeyri-obyektivdi: "Bizi gecə-gündüz döyürdülər. O qədər döymüşdülər ki hamımızın qanı bir-birinə qarışmışdı. 17 nəfərin qanlı paltarını eyni yerə tökmüşdülər. Sonra da ekspert rəy verir ki, filankəsin paltarında filankəsin paltarının lifi tapılıb".

Qeyd edək ki, E.Əliyev bu sözləri hakimin ona "ekspertizanın rəyində bildirilib ki, qətlə yetirilən polis polkovnik-leytenantı Səməd Abbasovun paltarının üzərində Elvin Əliyevin paltarının lifi olub. Bu göy və qara rəngdə olub. Sizin köynəyiniz göy olub, şalvarınız qara". Elvin Əliyev həmin günü əyninə qara deyil, tünd göy cins şalvar və göy rəngli futbolka köynək geydiyini bildirib: "MƏn ümumiyyətlə, meydanda olmamışam. Polisin yaxınlığından keçməmişəm, mənim paltarımın lifi onun üstünə necə düşə bilər?".

Növbəti məhkəmə avqustun 8-nə saat 14:00-a təyin edilib.

Top
JoomlaLock.com All4Share.net