“Sədərək”də zəhərlənən 15 nəfər DİN və FHN işçisidir
Featured

05 Avqust 2019

Dünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. 

Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, onlardan 6-na yerində yardım edilib. 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır.

Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Top
JoomlaLock.com All4Share.net