Gəncə məhbusu: "Başıma torba keçirib boğmağa başladılar"
Featured

09 Avqust 2019

Gəncə məhbusu Mirzə Ceyhun oğlu Hüseynov Gəncədəki polis idarələrində ona verilən işgəncələrlə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanova məktub yazıb.

Mirzə Hüseynovun anası Etibar Hüseynova oğluna verilən işgəncələrin işıqlandırılması üçün məktubun mediada yayılmasını istəyib və vetenugrunda.az-a müraciət edib. Məktubu olduğu kimi təqdim edirik:

"Mən Hüseynov Mirzə Ceyhun oğlu 1995-ci ildə Gəncə şəhərndə anadan olmuşam və orada yaşamışam.

2018-ci ildə İnternetdə sosial şəbəkələrdə 10 iyulda Gəncə icra hakimiyyətinin qarşısında etiraz aksiyasının olacağı barədə məlumat yayılmışdı. Mən də maraq üçün həmin ünvana getdim. Camaat toplaşmışdı. İcra hakimiyyətinin qarşısında xeyli adam toplaşmışdı. Qəfil qışqırtı səsləri gəldi. Camaat hərəsi bir tərəfə qaçmağa başladı. Səhəri gün eşitdim ki, iki polis ölüb, biri yaralanıb.

İyul ayının 29-u saat 22:30 radələrində evə gedərkən yolda 3 polis əməkdaşı yaxınlaşıb məni maşına qoydular. Onlar məni Kəpəz Rayon Polis İdarəsinə gətirdilər.

20 iyul tarixində bir kök polis əlim qandallı məni lift ilə yuxarı qaldırırdı. Vəzifəcə ondan rütbəli biri məndən soruşdu ki, Rəşadı hardan tanıyırsan, ona komək edibsən? Dedim tanımıram, heç nə görməmişəm.

İçəri 3-4 polis girdi. Biri badalaq vurub yerə yıxdılar. Gözlərimi polis paqonu ilə bağlayıb, dəyənəklə döyməyə başladılar. Ayaqlarımın altına vura-vura deyirdilər ki, boynuna al. Mən deyirdim ki, heç bir günahım yoxdur. Beş dəqiqəlk ürəyim gedib...
Ayılandan sonra bədənimin müxtəlif yerlərinə yumruq-təpiklə vururdular. Gözlərim bağlı olduğundan məni vuranların kim olduğunu görmürdüm.

Sonra məni maşına qoyub Nizami Polis İdarəsinə apardılar. Burada mənə video göstərdilər. Videoda mən sadəcə olaraq qaçırdım. Məndən izahat almağa başladılar. Mən də gördüklərimi danışırdım. Bir vəkil verdilər yanımda durdu. Verdikləri kağızları oxumamış qol çəkdim.

Sonra məni Müvəqqəti Saxlanma Məntəqəsinə apardılar. Ora ölümcül vəziyyətdə daxil oldum. Məntəqənin rəisi məni yanına çağırıb nəyəsə qol çəkməyimi tələb etdi. Sonra kameraya apardılar.

Səhəri günü Nizami Polis İdarəsinə apardılar. Mən hələ də ac -sussuz idim.

Bir müstəntiq böyrümdəki polis serjantına dedi ki, daş atan budur?. Polis serjantı dedi ki, bəli, bu idi. Mən dedim xeyr, mən daş atmamışam. Mən heç nə etməmişəm, günahım yoxdur. Yenə kağızlara qol çəkməyimi istədilər. Mən isə dedim ki, vəkilim gəlsin sonra çəkim.

Məni əllərim bağlı başqa otağa saldılar. Orada 3-4 polis məni döyüb, kağızlara imza atmağımı tələb edirdilər. Onların əmri ilə razılaşmadığımı görəndə mənə elektroşok ilə cəza verməyə başladılar. Bayıldım.

Üzümə su vurub ayıltdıqdan sonra başıma selafon torba keçirib boğmağa başladılar. Əlacsız qalıb onlarla razılaşdım. Dedim vəkilim gəlsin qol çəkirəm. Bu zaman içəri bir nəfər girdi. Dedi nolub, qol çəkmir? Dedilər yox, vəkil istəyir. O, adam mənə bir-iki şillə vurdu. Çox pis vəziyyətdə idim. Əlacsız qalıb qol çəkdim.
Bu adamın sonralar kimliyini öyrəndim. Bu Ağır Cinayətlər İdarəsinin müstəntiqi Orxan Babayev idi.

Картинки по запросу Orxan babayev

Orxan Babayev

Sonra vəkil girdi otağa, ona dedim ki, mən kağızlara qol çəkdim. Vəkil dedi ki, döyülsən də, dözərdin qol çəkməzdin.
Məni vəkillə birgə Nizami Rayon Məhkəməsinə gətirdilər. Vəkil mənə dedi ki, heç nə danışma, mən sənə kömək edəcəm. Vəkil də, hakim də mənə işgəncə verildiyini gördü. Çünki üstüm-başım qanlı, çirkli idi. Ayaq üstə güclə dayanırdım. Məhkəmə mənə 4 aylıq sanksiya verib Gəncə şəhərindəki təcridxanaya göndərdilər. Təcridxanay girəndə adlarını sonradan öyrəndiyim Elmir, Asif, Şahini gördüm. Bizi karserə saldılar.

Hamımız çox öis vəziyyətdə idik. Biz karserdə oturub gözləyirdik.

İyulun 24-də gecə bizi gətirdilər Bakı şəhərindəki Kürdəxanı Müvəqqəti Saxlanma Təcridxanasına. Elə o zamandan burdayıq.
Mənə işgəncə verənlərdən birinin də kimliyini sonradan öyrəndim. Bu Mehdiyev Elşən idi. Onu səsindən tanıdım. Bu barədə məhkəməyə müraciət etdim.

Картинки по запросу gəncə məhbusu mirzə hüseynov

Hakim Dadaş İmanov

Bir ildən sonra bizi məhkəmədə yalandan yoxlayıb, xəsarət izləri axtardılar. Biz məhkəmədə yaxınlarımızla əlaqə saxlamağa bizə imkan verilmədiyini dedik. Vaxtında əlaqə saxlaya bilsəydik, bədənimizdə xəsarət də var idi, yaralar da.
Gəncə Ağır Cinayətlər Məhkəməsinə, baş hakim Dadaş İmanova
2019-6 avqust."


P.S
Hazırda Mirzə Hüseynovun da təmsil olunduğu 8 nəfərlik qrupun Sabunçu Rayon Məhkməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə məhkəmə prosesi keçrilir.

Top
JoomlaLock.com All4Share.net