MiQ-29 təyyarəsinin qalıqları tapıldı: sudan çıxarılır
Featured

09 Avqust 2019

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.


Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat paylaşıb.

Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Təyyarənin pilotu R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün tədbirlər həyata keçirilir.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi.

34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var.

Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb. 

Top
JoomlaLock.com All4Share.net