Rəşd Atakişiyevin dəfn mərasimini kimlər siyasiləşdirdi-VİDEO
Featured

21 Avqust 2019

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, iyulun 24-də gecə saatlarında təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Şəhid pilotumuz R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Pilotun dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə verdiyi açıqlamada açıqlamasında Rəşadın son ana qədər sağ-salamat olduğuna inanıblar və onun sağ qayıdacağını səbirsizliklə gözləyiblər: "Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı".

O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib:

"Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".

K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib:

"Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".

Bu arada R.Atakişiyevin qayınatası, politoloq kimi tanın Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".

Şəhid pilotumuzun qardaşı Nicat Atakişiyev sosial şəbəkədə bu məsələyə münasibət bildirərək yazıb: "Bir cox dost-tanis yazdığım statusu doğru anlamayıb ya da mən doğru çatdıra bilməmişəm. 

Ayrı- seçkilik salan yoxdu. Mən heç bir partiyanın üzvü deyiləm. Məni tanıyan dostlar bilir ki, bəzən də hər bir Azərbaycan vətəndaşı kimi gördüklərimə mənim özüm də müxalif olmuşam.

Rəşad mənim qardaşım olduğu kimi bu xalqın övladı idi. Bir çox dostum heç bilmirdi bu gunə kimi ki, Rəşad mənim qardaşımdır. Cünki o bu xalqın qardaşıdı.
Mən onu yazanda "siyasiləşdirməyin" deyəndə xahiş edəndə, tələb edəndə söz sahibləri sözlərini götürdülər.

Rəşad illərini bu vətən ucun vermədi ki, 2-3 insan onun üzərindən siyasi motivləri üçün istifadə etsin. Birdeə vurğulayıram 2-3 insan. O söz milyonlara deyilməyib. Hər ölkənin müxalifəti də, iqtidarı da var. Kimsə "sən müxalifətçisən gəlmə" demir və deyə bilməz də. ə ... Şəhidə qarşı insanların qəlbində inciklik yaratmayın. Günlərdi bizim kimi hər kəsin gözü yolda, qulağı səsdədi. Siyasiləsdirməyin...
Belə vəziyyətdə məni bu postu yazmağa vadar edənlər utansın."

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun parçalanmış nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

P.S

Qeyd edək ki, pilotla vida mərasiminə jurnalistlər buraxılmayıb. Bu barədə jurnalist Fərqanə Novruzova məlumat verib.

Top
JoomlaLock.com All4Share.net