Gəncə məhbusu Elvin Nəzərov: Mirşahin terrorçu dedi, Sevinc Osmanqızı qorudu...
Featured

01 Sentyabr 2019

Gəncə məhbusu Elvin Nəzərovun SON SÖZÜ: "Sevinc Osmanqızı kimi qeyrətli xanımlar bizi meydanda tək qoymadı..."

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində Gəncə olayları ilə bağlı həbs edilən 6 nəfərlik qrupun məhkəmə prosesi sona çatdı.

Nemət Heydərli, Elman Rüstəmov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev və Renat Məmmədovun təmsil olunduğu qrupun məhkəməsinə media buraxılmayıb, vəkillərin isə telefonları əllərindən alındıqdan sonra zala buraxılıb.

Məhkəmədə məhbuslar və onların hüquqlarını müdafiə edən vəkillər çıxış edib.

Gəncə məhbusu Elvin Nəzərovun çıxışı zamanı onlara qarşı edilən haqsızlıqları pisləyib və daim zalımlara, zülmə qarşı mübarizə aparacağını bildirib.

Vetenugrunda.az Elvin Nəzərovun apellyasiya məhkəməsində etdiyi çıxışı oxuculara təqdim edir:

"Bizi kiminləsə səhv salmayın. Birdən düşünüərsizniz ki, işimi azaltsanız sevinərəm, əksinə. Mənə haqsız yerə 7 il həbs cəzası verilib. Bundan sonra tutub ömürlük versəniz də hazıram dözməyə. Bu zaldan məni azad buraxmaqla, mən azad olmuram. Mən xalqıma olunan zülm dayandırılanda azad olacam, sevinəcəm.

Orxan Babayev (Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi) kimi məmurlar ölkəmizi Suriyaya döndərmək istəyir. Lakin biz Hüseynçilər Orxankimilərə bu imkanı vermərik. Məni zindandan xilas etsəniz də, ömürlük cəza versəniz də mövqeyimi dəyişməyəcəyəm, hər zaman zalımın zülmünə qarşı olacam.

Amma bilin ki, Hüseynçilər terrorçu deyil. Ola bilər ki, bizi də öldürüb, əlimizə qumbara, tapança qoya bilərlər. Amma bilin ki, biz terrorçu deyilik. Hüseyn Məktəbindən, Kərbəla Məktəbindən Şəhid Mübariz çıxıb, Şəhid Fərid çıxıb, Şəhid Emin çıxıb. Bizim bir tələbəimiz var: Zindanda olan bütün günahsız insanlar azad edilsin!

Mən zindanda olsam da, azdlıqda olsam da bu dillim hər zaman haqqı deyəcək. Mən kişi kimi söz vermişəm və yenə də deyirəm ki, İmam Hüseyn younda canım fəda olsun.

Həmişə zalımlar şiələrdən, Hüseynçilərdən qorxublar. Çünki biz Hüseynçilər zalımın zülmünə qarşı bütün ömrümüz boyu savadayıq və bu yolda Şəhadət var, yarıyoldan dönmək yoxdur.

Biz Gəncə məhbuslarına istintaq zamanı Azərbaycanın polis idarələrində, Xocalı əsirlərinə ermənilərin verdiyi işgəncələri verdilər.

Mən demirəm ki, 10 iyulda Gəncədə keçirilən etiraz aksiyasında iştirak etmək istəmirdim. Əslində bu aksiya Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin xalqa etdiyi zülmə və Yunus Səfərova polis idarəsində verilən işgəncəyə etiraz idi. Mən Elmarın Gəncədəki zülümünə indi də etiraz edirəm. Amma mən polis idarəsində saxlanan dostum Vüqar Xudiyevə baş çəkmək üçün getmişdim və orda həbs etdilər.

Mən də bir vətəndaş kimi sərbəst toplaşma hüququmdan və ifadə azadlığımdan istifadə edib ölkədəki özbaşınalığa, ədalətsizliyə etiraz etdim.

Bu gün burdan ilk növbədə Azərbaycandakı haqq üçün savaşan media işçilərinə və qeyrətli hüquq müdafiəçilərinə minnətdarlığımı bildirirəm. Gəncə hadisələri baş verdikdən sonra bizi, qeyrətli insanlar meydanda tək qoymadılar. O cümlədən də qeyrətli bacılar, xanımlar. O xanımlardan biri də tanınmış jurnalist Sevinc Osmanqızıdır. Sevinc Osmanqızı Şəhid balasıdır.

Gəncə hadisələrini terror, etiraz aksiyasında iştirak edənləri terrorçu adlandıran Mirşahin kimilər Sevinc xanımı təhqir edir. Onu bildirmək istəyirəm ki, biz həbsdə olsaq da qeyrətli xanımlara hər zaman dəstəyik və dəstək olacağıq da. Fəxr edirik ki, Sevinc Osmanqızı kimi media işçilərimiz var. Onalrın sayəsində haqqı tapdananların haqq səsini dünya eşidir.

Bu günə qədər atddığım hər addımda Allahı və Azərbaycan xalqının rahatlığını, azadlığını düşündüm. Bundan sonra da belə olacaq. Bu ölkədə nə qədər haqsızlıq hökm sürəcəksə biz də haqsızlığa qarşı olacağıq.

Hüseynçilər qeyrətlidirlər. Sona qədər verdikləri sözdən dönməzlər. Söz verirəm ki, Azərbaycanda zülm sona çatana qədər zülmə qarşı mübarizə aparacam".

YADDAŞ

6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

Allahverdiyev Elvin Nəriman oğlu 7 il

Nəzərov Elvin Novruz oğlu 7 il

Məmmədov Renat Miri oğlu 6 il

Xudiyev Vüqar Mənsur oğlu 7 il

Rüstəmov Elman İlham oğlu 8 il

Heydərli Nemət Hikmət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlir.

Adları çəkilən şəxslərə CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanırlar.

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsinində keçirilən sonuncu prosesdə hakimin qərarıyla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

Təqsirləndirilən E.Rüstəmova 220.1 maddəsi ilə irəli sürülmüş ittiham olduğu kimi saxlanıb. Ancaq 315.2 maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Cəzası da 8 ildən 5 ilə endirilib.

Azadlığa buraxılan N.Heydərliyə gəlincə, ona 1 il cəzası kəsilib və müddət tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.

Top
JoomlaLock.com All4Share.net