Gəncə məhbuslarının valideyinləri ayağa qalxdı: Bəsdir, yetər saxta məhkəmələr!-VİDEO
Featured

05 Sentyabr 2019

Gəncə məhbuslarının yaxınları sentyabrın 4-də Prezident Aparatının qarşısına yürüş edib. Onlar övladlarının istintaq zamanı işgəncələrə məruz qaldığını, məhkəmələrin sifarişlə qərar çlxardığını və ittihamların saxta olduğunu deyiblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, valideyinlər 2018-ci ilin 10 iyul Gəncə aksiyası zamanı öldürülən polislərin əsl qatilinin cəzasız qaldığını, bildiriblər. "O, polisləri kimin və niyə öldürdüyü hamıya bəllidir. Bizim uşaqlarımızı haqsız yerə niyə həbs etmisiz"?

YADDAŞ 

2018-ci il iyulun 3-də Yunus Səfərov Gəncənin o zamankı icra başçısı Elmir Vəliyevə silahlı hucum edib. O, tapançadan atəş açmaqla E.Vəliyevi və onun mühafizəçisi, polis əməkdaşı Qasım Aşpazovun yaralanıb. 

Baş verən cinayət hadisəsindən dərhal sonra Tunus Səfərov həbs edilib. Yunus Səfərovun işgəncələrdən dəhşətli hala düşmüş şəklləri yayıldıqdan sonra bütün ölkədə bu qanunsuzluğa qarşı insanlar etiraz etdi. Polis idarəsində bir insanın ölümcül hala salınmasına daha çox gəncəlilər etiraz edirdi. Gəncəlilər Elmar Vəliyevin ictimai yerdə təhqiramiz ifadələrlə danışmasına, ağsaqqalları, qadınları, Şəhid ailələrini ictimai yerlərdə, tədbirlərdə təhqir etməsindən, xalqın dini inacını təhqir etməsindən cana doyduqlarını bildirirdilər.

Gəncədə ictimai-sosial durum bu qədər gərginləşdiyi bir vaxtda baş verən cinayət hadisəsi və Yunus Səfərovun şəkilinin paylaşılması xalqın daha da hiddətinə səbəb oldu. Bu zaman 10 iyul aksiyasını kimlərin təyin etməsi sualına cavab axtarmaq əvəzinə xalq 10 iyulda Gəncə İcra Hakimiyyətinin qarşısında nələrin baş verəcəyinə səbirsizliklə gözlədi.

Xarici ölkədə yaşayan Sahib Teymurov, keçmiş diplomat Arif Məmmədov və Orduxan Teymurxan kimi şəxslər xalqı 10 iyulda Gəncə aksiyasında iştirak etməyə səslədi. Lakin bu çağırışlar bir o qədər effekt vermədi. Gözlənilən izdihamlı aksiya baş tutmadı. Öncədən icra hakimiyyətinin ətrafında bütün yollar bağlanır və bircə məscidə gedən yol açıq qalır. Ətrafdakı ictimai iaşə obyektlərində və idarələrdə çalışan hər kəs bu yolla getməyə məcbur olur. Kameraların nəzarət etdiyi bu yol sonradan bəlli olur ki, əslində bir tələymiş. Çünki bu yoldan keçən hər kəsi sonradan polis idarələrinə çağırıb və həbs ediblər. Bu insanların arasında ev ayaqqabısında aptekə qaçan da olub, adicə çörək almağa gedənlər də. 

Gəncə işi məhkəmə proseslərində iştirak edən hər bir şəxs gördüklərindən bu qənaətə gəlib ki, 10 iyul aksiyası əslində tarixən mübariz olan, cəsur gəncəlilərin gözünü qorxutmaq və onları köləyə çevirmək məqsədi daşıyırmış. Çünki övladı haqsız yerə həbs edilən və dəhşətli işgəncələrə məruz qalan valideyinlərə dövlət qrumlarında "gedin oturun evdə, səsinizi çıxarmayın" tapşırığı verilirdi. Əlbəttə ki, övladı həbs edilən valideyinlər bu tapşırığa məhəl qoymurdu.

Gəncə məhbuslarından birinin vəkili məhkəmə zamanı bildirdi ki, aksiya ilə bağlı 2 mindən çox şəxs saxlanıb. Lakin rəsmi məlumatda  200 nəfərin saxlandığı deyilir.

 İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar. Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin vəsatətlər nadir hallarda qəbul edilib.

Vəkillər isə deyir ki, işlə tanış olarkən onlara olayla bağlı disklər təqdim edilib ki, bu disklərdəki videogörüntülərdə onların müdafiə etdikləri şəxslər ya yoxdur, ya da ki, kənardan görünürlər. Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da Gəncə şəhər polis idarəsində, Kəpəz rayon polis idarəsində, Yevlax rayon polis idarəsində və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə vətəndaşlara ağlasığmaz işgəncələr verilib. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər. Polis idarələrinin zirzəmisində günlərlə 10-15 polis işçisi tərəfindən döyüldüklərini deyən saxlanılanlar bildirib ki, onların təbii ehtiyacları ödənməyib, günlərlə ac-sussuz qalıblar. Döyülməkdən ürəyi gedənlərin üstünə su töküb gülüşüb onlara işgəncə verib əylənən polis işçiləri isə cəzalandırılmayıb. 

Bəzi saxlananlara isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verilib.

Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

Gəncə məhbusu Həbib Qurbanov Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov tərəfindən döyüldüyünü bildirib.  

Qeyd edək ki, saxlanılanlara verilən inzibati cəza haqqında məhkəmə qərarlarını əks etdirən sənədlərin istintaq materialları arasından yoxa çıxması halı da müşahidə edilib. Valideyinlər bildirib ki, bütün bu işlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin işidir. O, Elmar Vəliyevin qardaşı ilə quda olduğu üçün bu addımı atıb.

 Rəsmi məlumatda 76 nəfər şəxsi məhkəməyə çıxarmağa qərar verildiyi bildirilib. Məhkəməyə çıxarılanların hamısı inzibati cəza almış şəxslər olub. 

P.S

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Top
JoomlaLock.com All4Share.net