Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb
Featured

07 Sentyabr 2019

Azərbaycanda dövlət təhlükəsizlik orqanına rəhbərlik edənlərin təxminən yarısı qeyri-azərbaycanlı olub.

Azərbaycanda ilk dövlət təhlükəsizlik orqanı Xalq Cümhuriyyəti dövründə - 1919-cu il mart ayının 28-də yaradılıb. Xalq Cümhuriyyəti zamanında "Əksinqilab ilə mübarizə təşkilatı" adlandırılan dövlət təhlükəsizlik orqanının rəhbərləri milliyyətcə azərbaycanlı olan Nağı və Məmmədbağır Şeyxzamanlı qardaşları olub.

Azərbaycan SSR zamanımda isə dövlət təhlükəsizlik orqanı əvvəlcə Fövqəladə Komissiya ("ÇK"), sonra Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsi (DTK) adlandırılıb. 1920-1991-ci illərdə dövlət təhlükəsizlik orqanına 20 nəfər rəhbər təyin olunub və bunlardan 12-si qeyri-azərbaycanlı olub.

1991-ci ilin noyabr ayından DTK Milli Təhlükəsizlik Nazirliyi (MTN), 2015-ci ilin dekabr ayından isə MTN Dövlət Təhlükəsizlik Xidməti (DTX) adlandırılıb. Xalq Cümhuriyyəti dövründə olduğu kimi müstəqillik dövründə də dövlət təhlükəsizlik orqanına azərbaycanlılar rəhbər təyin olunub.

Azərbaycanın dövlət təhlükəsizlik orqanlarına rəhbərlik edənlərin SİYAHISI:
- Şeyxzamanlı Məmmədbağır Saleh oğlu (1919 iyun-avqust)
- Şeyxzamanlı Nağı Saleh oğlu (1919 avqust - 1920 mart)
- Pankratov Semyon Andreyeviç (1920 may-iyun)
- Əliyev Baba Əliyoldaş oğlu (1920 iyun-oktyabr)
- Xanbudaqov Eyyub Şirin oğlu (1920 oktyabr - 1921 fevral)
- Bağırov Mir Cəfər Abbas oğlu (1921 fevral -1927 may)
- Rizayev Novruz Kərim oğlu (1927 may - 1929 oktyabr)
- Bağırov Mir Cəfər Abbas oğlu (1929 dekabr - 1930 avqust)
- Frinovski Mixail Petroviç (1930 avqust - 1933 aprel)
- Aqrba Aleksey Serqeyeviç (1933 mart - 1934 mart)
- Sumbatov-Topuridze Yuvelian Davıdoviç (1934 mart - 1938 yanvar)
- Mixail Qriqoryeviç Rayev-Kaminski (1938 yanvar - noyabr)
- Yemelyanov Stepan Federoviç (1939 fevral - 1953 avqust)
- Quskov Anatoli Mixayloviç (1953 avqust - 1956 aprel)
- Kopilov Fyodor İvanoviç (1956 sentyabr -1959 avqust)
- Kardaşov Aleksandr Vasilyeviç (1959 avqust -1963 oktyabr)
- Sviqun Semyon Kuzmiç (1963 oktyabr - 1967 iyun)
- Əliyev Heydər Əlirza oğlu (1967 iyun - 1969 iyul)
- Krasilnikov Vitaliy Sergeyeviç (1969 oktyabr -1980 iyun)
- Yusif-zadə Ziya Məmmədiyyə oğlu (1980 iyun -1988 avqust)
- Qorelovski İvan İvanoviç (1988 avqust -1989 avqust)
- Hüseynov Vaqif Əliövsət (1989 avqust -1991 sentyabr)
- Hüseynov İlhüseyn Pirhüseyn oğlu (1991 sentyabr -1992 may)
- Təhməzov Fəxrəddin Ayət oğlu (1992 may -1993 iyun)
- İmranov Nəriman Şamo oğlu (1993 iyun -1994 oktyabr)
- Abbasov Namiq Rəşid oğlu (1994 oktyabr -2004 iyul)
- Mahmudov Eldar Əhməd oğlu (2004 iyul-2015 oktyabr)
- Quliyev Mədət Qəzənfər oğlu (2015 dekabr - 2019 iyun)
- Nağıyev Əli Nağı oğlu (2019 iyun - ...)

yeniavaz.com

Top
JoomlaLock.com All4Share.net