Hicab məhbusu Ziya Tahirov azadlıqda
Featured

09 Sentyabr 2019

Hicab məhbusu Ziya Tahirov azadlığa çıxdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 2012-ci ildə Masallı rayonunda həbs olunan və əsassız ittihamlarla 7 il azadlıqdan məhrum edilən Ziya Tahirov  saxlandığı 5 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluğu dövründə dəfələrlə ağır şəkildə cəzalandırılıb. O, bir neçə dəfə "dini təbliğat fəaliyyətinə görə" "kars"a salınıb.

Hər dəfə rəhbərlik hicab məhbusunun cəzalandırmasına bir bəhanə də tapıb: "Vəhhabilərlə aralarında yaranan insident", "dini təbliğat" və sair kimi. 

2015-ci il may ayının 12-də 5 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri yeridilib. Həmin qüvvələr bütün məhbusları xüsusi ilə inanclı məhbusları amansızcasına döyüblər.

İnanclı məhbuslardan Surac Ağayev və bir çox məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) aparılıb. Bu qeyri-adi müalicə müəssisəsi Azərbaycanın Quantanamo həbsxanası kimi tanınır. Bu olaydan sonra 15 günlük "kars" cəzasına məhkum edilən Ziya Tahirov bu gün azadlıqdadır.  

Qeyd edək ki, Ziya Tahirov 7 il müddətinə azadlıqdan məhrum edilib.O, 2012-ci il sentyabrın 8-də Masallı rayonunda yerli polis və icra orqanlarının qurduğu qondarma ittihamlarla, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs edilib.

Картинки по запросу Hicab məhbusu Ziya tahirov

Top
JoomlaLock.com All4Share.net