AzTV əməkdaşları narkotik vasitənin təsiri altında qəza törədiblər Featured
Qəza törədən AzTV əməkdaşları narkotik vasitənin təsiri altında olublar
Ötən gün Bakının Səbail rayonu, Parlament prospektində avtomobil qəzasına düşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) 2 əməkdaşının xəsarət alması hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qəza baş verən zaman AzTV-nin İT-kreativ şöbəsinin əməkdaşları olan Nicat Əsədov və Samir Cəfərov avtomobildə 2 xanımla olublar.
Qəzaya səbəb onların narkotik vasitələrin təsiri altinda olması olub.
Qeyd edək ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha 2 xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
P.S
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.