Polislər jurnalist Təzəxan Mirələmlini döydülər-VİDEO
Featured

11 Sentyabr 2019

Bu gün Yasamal Məhkəməsinin qarşısında polislər jurnalist Təzəxan Mirələmlini döyüblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bu gün AXCP sədrinin mühafiəçisi Ruslan Əmirlinin məhkəmə prosesində iştirak etmək üçün Yasamal Rayon Məhkəməsinə gəlib. Lakin ətrafı nəzarətə götürən polislər və mülkigeyimlilər jurnalistlərə və məhkəmədə iştirak etmək üçün gələn vətəndaşlara zor tətbiq ediblər. Jurnalistlərin telefonları əllərindən alınıb və onları qovublar.

Qeyd edək ki, 10 sentyabrda AXCP sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli Onkologiya Xəstəxanasında müalicə olunan bacısına baş çəkmək məqsədilə xəstəxanaya gedib və orada oğurlanıb. Sosial şəbəkələrdə Ruslan Əmirlinin oğurlanmasında əli olduğunu etiraf edən Fədailər Qrupunun başçısı Fuad Muradovun jurnalist Nurlan Libreyə verdiyi açıqlamanın səsyazısı yayıldıqdan sonra Ruslanın 29 -cu polis bölməsində olduğu bildirilib. 11 sentyabrda Yasamal Məhkəməsində Ruslan Əmirlinin məhkəməsi keçirilib. Məhkəmə qapalı olub. Məhkəmədə iştirak etmək üçün məhkəmənin həyətinə yığılan jurnalistləri və fəalları ordan polislər zorla qovaraq yaxınlıqdakı çayxanaya yığmağa çalışıb. Bu qanunsuluğa etiraz edən jurnalist Təzəxan Mirələmli polisləri qanun çərçivəsində hərəkət etməyə çağırıb. Bu zaman polislərdən biri onu döyməyə başlayıb.

Videonu jurnalist Nurlan Libre qeydə alıb.

Top
JoomlaLock.com All4Share.net