Qarabağın azadlığını istədi- 300 manat cərimə edildi
Featured

14 Sentyabr 2019

İlqar Mahmud 300 manat cərimə edilərək sərbəst buraxıldı.

Sentyabrın 13-də saxlanılaraq naməlum istiqamətdə aparılan Müsavat Partiyasının fəalı İlqar Mahmud Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə edilərək sərbəst buraxılıb.

"Basta"nın məhkəmə ilə bağlı sualını cavablandıran İlqar Mahmud prosesin qapalı keçdiyini bildirib.

"Məhkəmədə ancaq özləri idilər. Bir tanımadığım vəkil də gətirmişdilər. Dedi ki məndən imtina eləmə sənin xeyrinə danışacam. Guya məndə az miqdarda narkotik maddə olduğu ittihamı ilə məni 300 manat cərimə edib sərbəst buraxdılar" – deyə, İlqar Mahmud bildirib.

Qeyd edək ki, İlqar Mahmudun yaşadığı Binəqədi rayonunda müvafiq polis bölməsi və polis idarəsi, onun saxlanması haqqında hər hansı bir məlumata malik olmadığını bildirirdi. İlqar Mahmudun ailəsinə onun yeri barədə məlumat verilmirdi.

Müsavat Partiyası bu hadisəni Azərbaycanda insan oğurluğunun növbəti nümunəsi və repressiya aktı kimi qiymətləndirərək, hüquq mühafizə orqanlarından İlqar Mahmudun yeri və saxlanmasının səbəbi barədə dərhal məlumat verilməsini və onun dərhal azadlığa buraxılmasını tələb etmişdi.(Basta)

Top
JoomlaLock.com All4Share.net