Mehriban Əliyeva və İlham Əliyev şagirdlərə müraciət etdilər
Featured

15 Sentyabr 2019

İlham Əliyev və xanımı Azərbaycanın şagird və tələbələrinə müraciət etdilər.


"Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir".

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində 15 sentyabr - Bilik Günü münasibəti ilə paylaşımında qeyd edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edib.

Təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilib.

Top
JoomlaLock.com All4Share.net